GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin inkişafı müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Yavər Səfərov küçəsi, 10” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin əhəmiyyətindən, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin ardıcıl icrasının vacibliyindən danışıb. O, dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını vurğulayaraq, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Nizami Tibb Mərkəzinin direktoru Vəfa Hüseynzadə çıxışında ölkədə səhiyyə sisteminin inkişafı, əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, eləcə də müasir tibbi yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs edib. O, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsində səhiyyə sahəsinin mühüm rolunu vurğulayıb.

Lor həkimi İsmayıl İsmayılov, həkim-terapevt Səbinə Ramazanova və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Lamiyə Mehdiyeva da çıxışlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin əhəmiyyətinə toxunublar. Onlar əhalinin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyə müəssisələrində vətəndaş məmnunluğunun artırılması istiqamətində qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Oxşar Xəbərlər

Back to top button