
“Milli kimliyimizin səsi, dövlətçiliyimizin dayağı Azərbaycan dilidir.”
Məqalədə Azərbaycan dilinin qorunması və inkişafı sırf filoloji məsələ kimi deyil, dövlət siyasəti, milli kimlik, ictimai-siyasi ünsiyyət və gənclərin vətəndaş məsuliyyəti kontekstində araşdırılır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətindəki tarixi addımları, Prezident İlham Əliyevin dövlət dilinin saflığının və müasir informasiya mühitində işləkliyinin qorunmasına dair mövqeyi rəsmi sənədlər əsasında nəzərdən keçirilir. Məqalədə dilin dövlətçilik atributu kimi rolu, siyasi nitqin keyfiyyəti, media və sosial şəbəkələrin dil mədəniyyətinə təsiri, gənclərin ana dilinin inkişafında iştirakı təhlil olunur. Əsas qənaət ondan ibarətdir ki, dövlət dilinin hüquqi statusu onun qorunmasının təməlidir, lakin dilin gündəlik həyatda nüfuzu və gələcək nəsillərə ötürülməsi cəmiyyətin, xüsusilə gənclərin fəal iştirakı ilə möhkəmlənir.
Nigar İsmayılova
YAP fəal gənci



