
Qlobal iqtisadiyyatın inkişafında nəqliyyat və logistikasistemlərinin rolu getdikcə artır. Müasir dövrdə ölkələrarasında ticarət əlaqələrinin genişlənməsi məhsullarıntəhlükəsiz, sürətli və səmərəli şəkildə daşınmasındanbirbaşa asılıdır. Prezident İlham Əliyevin LaosPrezidenti Thonqlun Sisulitin Azərbaycana səfərizamanı mətbuata verdiyi bəyanatda nəqliyyat-logistikaimkanlarına toxunması ölkəmizin bu sahədə qazandığıtəcrübənin əhəmiyyətini göstərir. Dövlət başçısıAzərbaycanın əsas nəqliyyat-logistika layihələrininreallaşdırıldığını, hazırda isə yeni yük mənbələrinincəlb edilməsinə və daşımaların həcminin artırılmasınadiqqət yetirildiyini bildirib. Bu yanaşma Azərbaycanınbeynəlxalq nəqliyyat əlaqələrinin inkişafında fəaliştirak etmək niyyətini bir daha nümayiş etdirir.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Şərq ilə Qərbarasında mühüm nəqliyyat əlaqələrinin inkişafındaiştirak etmək imkanı verir. Son illərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi, logistikaimkanlarının genişləndirilməsi və beynəlxalqmarşrutların inkişafı istiqamətində həyata keçirilənlayihələr ölkəmizin iqtisadi potensialını artırıb. Buimkanlardan səmərəli istifadə edilməsi yenitərəfdaşlarla ticarət əlaqələrinin qurulmasına vəyükdaşımaların həcminin artırılmasına kömək edəbilər. Laosla iqtisadi münasibətlərin genişləndirilməsiçərçivəsində nəqliyyat marşrutlarının və logistikaimkanlarının araşdırılması da qarşılıqlı əməkdaşlığıninkişafına töhfə verə bilər. Bunun üçün müvafiqqurumlar və biznes dairələri arasında məlumatmübadiləsinin gücləndirilməsi vacibdir.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq yalnızyüklərin bir nöqtədən digərinə daşınması iləməhdudlaşmır. Bu sahənin inkişafı ticarətdövriyyəsinin artmasına, istehsalçılarla istehlakçılararasında əlaqələrin möhkəmlənməsinə və yeni biznesimkanlarının yaranmasına şərait yaradır. Azərbaycanvə Laos arasında iqtisadi münasibətləringenişləndirilməsi üçün yükdaşımaların təşkili, ticarətəlaqələrinin asanlaşdırılması və logistika xidmətlərisahəsində təcrübə mübadiləsi faydalı ola bilər. Tərəflərin mövcud imkanları birgə qiymətləndirməsivə real ehtiyaclara uyğun təşəbbüslər hazırlamasıəməkdaşlığın səmərəliliyini artırar. Bu istiqamətdəatılacaq addımlar iqtisadi əlaqələrin daha genişcoğrafiyanı əhatə etməsinə imkan yarada bilər.
Prezident İlham Əliyevin bəyanatında nəqliyyatməsələsinə diqqət yetirilməsi Azərbaycanın iqtisadiinkişafı ilə beynəlxalq əməkdaşlıq arasında mövcudəlaqəni aydın şəkildə göstərir. Ölkəmiz yaradılmışinfrastruktur imkanlarını yeni iqtisadi tərəfdaşlıqlarıninkişafı üçün istifadə etməyə çalışır. Laoslamünasibətlərdə də nəqliyyat və logistika imkanlarınınaraşdırılması gələcək əməkdaşlığın perspektivliistiqamətlərindən biri ola bilər. Əsas məqsəd mövcudimkanları düzgün qiymətləndirmək, qarşılıqlımaraqlara uyğun layihələr müəyyənləşdirmək və əldəolunan razılaşmaları praktiki nəticələrləmöhkəmləndirməkdir. Nəqliyyat əlaqələrinin inkişafıölkələr arasında iqtisadi məsafələrin azalmasına vədostluq münasibətlərinin daha da möhkəmlənməsinəxidmət edən mühüm amildir.
Samirə Rzayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



