
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi iləbağlı tələblər təhsil mühitinin nizamlı təşkilinə xidmət edən məsələlərdəndir. Butələblərin müəyyənləşdirilməsi və tətbiqi hüquqi çərçivədə həyata keçirilməli, hərbir iştirakçı öz hüquq və vəzifələrini aydın bilməlidir. Məktəbin daxili qaydalarıtəsadüfi yanaşmalara deyil, qüvvədə olan qanunvericiliyə və müvafiq normativsənədlərə əsaslanmalıdır. Qaydaların hüquqi əsasının aydın olması həm məktəbrəhbərliyinin, həm müəllimlərin, həm də valideynlərin məsuliyyətini düzgünmüəyyənləşdirir.
Qanunun aliliyi hər bir şəxsin hüquq və öhdəliklərinin müəyyən edilmiş normalarauyğun qorunmasını nəzərdə tutur. Məktəbdə geyimlə bağlı tələblər tətbiq edilərkəndə eyni prinsip əsas götürülməlidir. Heç bir şəxs öz vəzifəsindən, mövqeyindən vəya şəxsi münasibətindən istifadə edərək qanunda nəzərdə tutulmayan qadağalarmüəyyən etməməlidir. Eyni zamanda, şagirdlər və valideynlər də mövcudqaydalarla tanış olmalı, hər hansı narazılıq yarandıqda məsələni təzyiq vəqarşıdurma yolu ilə deyil, qanuni müraciət mexanizmləri vasitəsilə həll etməyəçalışmalıdırlar.
Geyim qaydalarının icrası məktəbdə sağlam münasibətlərin qorunması iləuzlaşdırılmalıdır. Qaydalara riayət olunmasının təmin edilməsi zamanı şagirdinpsixoloji vəziyyəti, yaş xüsusiyyətləri və ləyaqəti nəzərə alınmalıdır. Hər hansıuyğunsuzluq aşkarlandıqda ilk növbədə izahat, maarifləndirmə və valideynləəməkdaşlıq kimi vasitələrdən istifadə olunması məqsədəuyğundur. Təhsilalanınalçaldılması, kollektiv qarşısında utandırılması və ya təhsildən kənarlaşdırılmasıkimi addımların hüquqi əsası olmadan tətbiqi yolverilməzdir. Nizam-intizamınqorunması insan hüquqlarına hörmətlə birlikdə həyata keçirilməlidir.
Hüquqi mədəniyyətin formalaşması məktəbdən başlayır. Şagirdlər qanunlarahörmət etməyi, öz hüquqlarını tanımağı və başqalarının hüquqlarını qorumağıməhz gündəlik məktəb həyatında öyrənirlər. Geyimlə bağlı qaydaların şəffaf vəədalətli tətbiqi onlarda məsuliyyət hissini gücləndirir, mübahisələrin sivil yollarlahəllinə nümunə yaradır. Məktəb qanunun aliliyinin, qarşılıqlı hörmətin və ədalətlimünasibətin yaşandığı bir məkan olduqda cəmiyyət üçün daha məsuliyyətlivətəndaşlar yetişir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



