GündəmSosial

YAP Hacıqabul rayon təşkilatının H.Səmədov küçsəi 6 (Kənd Təsərrüfat işçiləri) ərazi partiya təşkilatında VIII Qurultayın nəticələri müzakirə olundu

13 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayınınnəticələri və Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədricənab İlham Əliyevin nitqindən irəli gələnvəzifələrlə bağlı YAP Hacıqabul rayon təşkilatının“H.Səmədov küçəsi 6”, “H.Səmədov küçəsi 10”, “İ.Qayıbov küçəsi 14”, “S.Almazov küçəsi 14” və“Qarabağ Əlilləri Cəmiyyəti” ərazi partiyatəşkilatlarının fəallarının iştirakı ilə iclas keçirildi.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayılİbrahimov çıxış edərək VIII Qurultayın siyasiəhəmiyyətindən və yeni mərhələdə yerli təşkilatlarqarşısında duran vəzifələrdən danışdı. Rayon təşkilatının sədri Qurultayın nəticələrinin hər birpartiya üzvünə çatdırılmasının, ərazi partiyatəşkilatlarında ideoloji işin səmərəliliyininartırılmasının və üzvlərin ictimai-siyasi fəallığınındaha da gücləndirilməsinin vacibliyini vurğuladı. Əhali ilə birbaşa ünsiyyətin və vətəndaşlarıntəşəbbüslərinə diqqətlə yanaşılmasının təşkilatınfəaliyyətində mühüm yer tutduğunu qeyd etdi, Prezident İlham Əliyevin nitqinin əsasmüddəalarının təbliği və ideoloji işin təşkiliməsələlərinə toxundu. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilikdəyərlərinin ictimaiyyətə çatdırılmasında partiyaüzvlərinin məsuliyyətindən bəhs edərək, maarifləndirici fəaliyyətin ardıcıl aparılmasının, əhali ilə görüşlərdə dövlət siyasətinin mahiyyətininaydın və dolğun izah olunmasının əhəmiyyətinidiqqətə çatdırdı.

Daha sonra çıxış edən Qurultay nümayəndəsi, partiya veteranı, Hacıqabul rayon AğsaqqallarŞurasının sədri Sahib Aslanov, Qərbi Azərbaycanİcmasının Hacıqabul rayonu üzrə nümayəndəsi, rayon Arxiv İdarəsinin müdiri Vüsal Nağıyev, ərazipartiya təşkilat sədrləri Hacıqabul rayon Statistikaİdarəsinin rəisi Elman Nəcəfov, Hacıqabul DAİM direktoru Elşən Quliyev, Qarabağ ƏlillərCəmiyyətinin sədri İntiqam Abdulov, ElektrikŞəbəkəsinin mühəndisi Hüseynəli Səlimov və Qazİstismar Sahəsinin rəis müavini Anar Xəlilov çıxışedərək qurultaydan irəli gələn vəzifələrin həyatakeçirilməsində partiya üzvlərinin fəallığının dahada artırılmasının vacibliyindən söz açdılar. ƏPT sədrləri növbəti dövrdə ərazi təşkilatlarınınfəaliyyətində təşəbbüskarlığın və ideoloji işingücləndirilməsini daima diqqət mərkəzindəsaxlanılacağını qeyd etdilər.

Oxşar Xəbərlər

Back to top button