GündəmSiyasət

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin fəaliyyətində əsas istiqamət kimi çıxış edir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 28” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi mühüm mesajlar partiya üzvlərinin üzərinə yeni məsuliyyətlər qoyur. Bu vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyətində fəallıq nümayiş etdirməli, dövlətçilik prinsiplərinin və milli maraqların qorunmasına töhfə verməlidir.

Daha sonra çıxış edən 3 nömrəli Xüsusi Təhsil Məktəbinin direktoru Cəmilə Həsənova qurultayda müəyyənləşdirilən hədəflərin cəmiyyətin bütün sahələrində çalışan partiya üzvləri üçün mühüm istiqamətverici rol oynadığını vurğulayıb. O, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin təhsil sahəsində də yeni imkanlar yaratdığını, xüsusi təhsil sahəsində çalışan mütəxəssislərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən məktəbin təlim-tədris işləri üzrə direktor müavini Cavanşir Quluyev və “Əlif Hacıyev küçəsi, 28” ərazi partiya təşkilatının sədri Səbinə Həsənova qurultayın siyasi və təşkilati baxımdan əhəmiyyətindən danışaraq, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının vacibliyini qeyd edib, partiya üzvlərinin birgə fəaliyyətinin, təşəbbüskarlığının və ictimai fəallığının əhəmiyyətini vurğulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button