
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı Azərbaycanın regional əməkdaşlıq siyasətinin prioritetlərini və gələcəyə hesablanmış strateji hədəflərini bir daha gündəmə gətirdi.
Azərbaycanın bu nüfuzlu formatda tamhüquqlu iştirakçı kimi təmsil olunması ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir. Bu, yalnız siyasi dialoqun genişlənməsi deyil, həm də iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar deməkdir.
Orta Dəhlizin inkişafı, qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və Xəzər hövzəsinin tranzit potensialından səmərəli istifadə Azərbaycanı Avrasiya məkanında mühüm iqtisadi və nəqliyyat tərəfdaşlarından biri kimi ön plana çıxarır.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında Mərkəzi Asiya ölkələrinin iştirakı isə əməkdaşlığın yalnız iqtisadi maraqlara deyil, həm də qarşılıqlı etimada, qardaşlıq münasibətlərinə və ortaq mənəvi dəyərlərə söykəndiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar göstərir ki, Azərbaycan regional əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsini və ortaq inkişaf məqsədlərinin reallaşdırılmasını prioritet hesab edir.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



