AnalitikaGündəmSiyasət

Müasir Azərbaycan:Gələcəyə gedən yolda ordu quruculuğu və təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti

Son günlərin siyasi gündəminə ölkəmizin prezidenti, Ali Baş komandan,Yeni Azərbaycan Partiyasının sədriİlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı xüsusi damğa vurdu və nəinki ölkə daxilində,həmçinin hüdudlarımızdan kənarda da geniş müzakirələrə səbəb oldu.

 Bu çıxış cənab İlham Əliyevin partiya üzvləri və ölkə vətəndaşları qarşısında müstəqillik dövrünün qısahesabatı, partiyanın uzun illər ərzində iqtidardakı fəaliyyətinin xülasəsi olmaqla yanaşı Azərbaycanın gələcəyə gedən yoldakı strateji hədəflərini  açıqlayır,dünyanın geosiyasi arenasındakı mövqeyinin möhkəmləndirilməsinin vacibliyini özündə əks etdirir.Prezidentin diqqətə çatdırdığı kimi,Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıölkəmizin qarşısında güclü dövlət kimi yeni imkanlar açsa da,bu mərhələ daha uzaqgörən,çevik və balanslaşdırılmış siyasət aparmağı tələb edir.

  İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatıAzərbaycanın otuzillik dövrdə qarşısında duran əsas strateji məqsəd–ərazi bütövlüyünün və suverenliyinin tam . bərpasını gerçəkləşdirməklə yanaşı mövcud reallıqların dəyərləndirilərək ölkənin yeni hədəflərini müəyyənləşdirməklə müasir tariximizin ən yeni səhifəsinin başlanğıcı oldu.Beləliklə də ölkəmizin həm xarici siyasətinin,həm də təhlükəsizlik siyasətinin məzmununda əhəmiyyətli dəyişikliklər baş verdi.

    Postmüharibə dövründə əldə olunan nəticələrin qorunması,Cənubi Qafqazda,xüsusilə də regionumuzdadavamlı sülhün və əmin-amanlığın təmin olunması,açılan yeni geosiyasi imkanlardan ölkəmizin lehinə istifadə olunması məsələləri bu gün daha da aktualdır.Sülhün qorunması,dövlətçiliyimizin bütün təhlükələrdən uzaq,dinc şəraitdə mövcud olması üçünbeynəlxalq münasibətlərin düzgün qurulması,əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı,müasir silahlar və texniki vasitələrlə təmin olunmuş güclü ordunun olması əsas şərtdir.  

    Ölkə başçısının da vurğuladığı kimi münaqişənin başa çatması təhlükəsizlik məsələlərinin əhəmiyyətini azaltmır,müasir  münaqişə ocaqları fonunda əksinə daha vacib problemlərdən birinə çevirir.Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti,bölgəmizə yaxın regionlarda davam edən münaqişə və müharibələr,eyni zamanda beynəlxalq hüququn tətbiqi ilə bağlı çətinliklər dövlətimizin öz müdafiə imkanlarını daim yüksək səviyyədə saxlamasını zəruri edir.Buna görə də güclü ordu yalnız müharibə aparmaq üçün deyil,həm də sülhün və sabitliyin qorunması,baş verə biləcək hərbi təxribatların qarşısının alınması üçün də vacib şərtdir.

   Məlumdur  ki,2026-cı ilin dövlət büdcəsindən hərbi xərclərə 8 milyard 717 milyon 581 min 860 manat vəsait ayrılmışdı..Bu rəqəm müstəqillik dövrünün ən yüksək göstəricisi hesab olunurdu.Cənab İlham Əliyev gələn ilin dövlət büdcəsindən söz açarkən 2027- ci ildə hərbi və təhlükəsizlik məsələlərinə təqribən 9 milyard manata yaxın vəsait ayrılmasınının nəzərdə tutulduğunu da xüsusilə vurğuladı.Ölkəmizdəki bu günkü sabitliyin və əmin- amanlığın dünyada böyük sərvət sayıldığını dilə gətirən prezident təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının vacibliyini bildirdi,gələcək hədəfimizin daha güclü,daha yenilməz,daha qüdrətli Azərbaycan olduğunu diqqətə çatdırdı.

   Digər aktual məsələlərlə yanaşı milli müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan diqqət ölkə prezidentinin müasir Azərbaycanın gələcəyinə verdiyi önəmin bariz göstəricisidir və təqdirə layiqdir.Ölkəmizin döyüş meydanında qazandığı möhtəşəm Zəfər və rəhbərliyin suverenlik məsələrinə həssas yanaşmasıgələcək vətəndaşlarımızın sülh və sabitlik içərisində yaşaması ilə yanaşı daha qüdrətli Azərbaycanın mövcudluğunun təminatıdır.

Şəhla Abasova ,
Bakı Slavyan Universitetinin
Azərbaycan tarixi və multikulturalizm kafedrasının müəllimi 

                                               

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button