
2020-ci ilin 44 günlük Vətən müharibəsiAzərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsioldu. Şanlı Zəfərlə nəticələnən müharibə nəticəsindətorpaqlarımızın böyük hissəsi işğaldan azad edildi vəAzərbaycan xalqının uzun illər boyu yaşatdığı böyükarzunun gerçəkləşməsi üçün mühüm mərhələ başlandı. Lakin əldə olunan hərbi uğur qarşıya qoyulanməqsədlərin sonu deyildi. Qarşıda Azərbaycanın ərazibütövlüyünün tam bərpası və dövlət suverenliyininölkənin bütün ərazisində təmin edilməsi kimi mühümvəzifələr dayanırdı. Buna görə də Zəfərdən sonrakıdövrdə həyata keçirilən siyasi və diplomatik fəaliyyətyeni reallıqların möhkəmləndirilməsinə vəAzərbaycanın milli maraqlarının təmin olunmasınayönəldi.
Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsasməsələlərdən biri ölkənin bütün ərazisində dövlətsuverenliyinin tam təmin edilməsi idi. Bu məqsədləsiyasi, diplomatik və digər istiqamətlərdə ardıcılfəaliyyət davam etdirildi. 2023-cü ilin sentyabrındakeçirilmiş lokal xarakterli antiterror tədbirlərindənsonra Azərbaycanın Qarabağ bölgəsində dövlətsuverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycanxalqının onilliklər ərzində gözlədiyi tarixi gün gəlibçatdı və ölkəmizin bütün ərazilərində Konstitusiyanın, qanunların və dövlət hakimiyyəti orqanlarınınfəaliyyəti təmin edildi. Bu hadisə Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin tam bərpasıbaxımından mühüm mərhələ kimi tarixə düşdü.
Bu gün Zəfərdən sonrakı fəaliyyət artıq yenireallıqların yaratdığı imkanlar üzərində qurulur. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa vəquruculuq işləri aparılır, şəhər və kəndlər yenidənqurulur, keçmiş məcburi köçkünlərin doğmatorpaqlarına qayıdışı həyata keçirilir. Bir vaxtlarhəsrətlə xatırlanan yurd yerlərində həyat yenidəncanlanır, yeni yollar, məktəblər, yaşayış məhəllələri vəsosial obyektlər yaradılır. Beləliklə, şanlı Zəfərləbaşlayan tarixi mərhələ ərazi bütövlüyünün tam bərpasıilə yeni məzmun qazandı və bu gün həmin Zəfərinnəticələrinin möhkəmləndirilməsi, azad edilmişərazilərin dirçəldilməsi və davamlı inkişafıistiqamətində yeni bir tarix yazılır.
Camalə Ağayeva ,
YAP Xəzər rayon təşkilatının fəalı



