AnalitikaGündəmSiyasət

“Elm, Təhsil və İnsan Kapitalı: Bilik İqtisadiyyatına Keçidin Strateji Sütunları”

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkənin uzunmüddətli inkişaf modelində elmin, təhsilin və insan kapitalının rolu konseptual müstəvidə təhlil olunmuşdur. 2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində baş tutan ali forumda qəbul edilən qərarlar bilik iqtisadiyyatına keçidin təmin olunmasını və təhsil sisteminin rəqabətqabiliyyətliliyinin artırılmasını strateji vəzifə kimi müəyyənləşdirmişdir.

Təhsilin bütün pillələrində keyfiyyət standartlarının yüksəldilməsi, ali təhsil müəssisələrinin elmi-tədqiqat mərkəzlərinə transformasiyası və əmək bazarının real tələbatı ilə uzlaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir. Təhsildə rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi gənc mütəxəssislərin qlobal rəqabətə inteqrasiyasını sürətləndirir. YAP bu transformasiya proseslərinə güclü siyasi dəstək verir.

Milli elmi potensialın gücləndirilməsi, fundamental və tətbiqi tədqiqatların maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi bilik istehsalını stimullaşdırır. Elmlə istehsalat sahələri arasında effektiv inteqrasiya zəncirinin kurulması innovativ məhsul və xidmətlərin yaradılmasına imkan verir. Partiyanın proqram sənədlərində elmi fəaliyyətin stimullaşdırılması xüsusi yer tutur.

İnsan kapitalının inkişafı yalnız peşəkar biliklərlə deyil, həm də gənc nəslin analitik düşüncə, rəqəmsal savadlılıq və mənəvi dəyərlər ruhunda formalaşması ilə şərtlənir. Təhsil müəssisələrində aparılan islahatlar cəmiyyətin intellektual potensialını artırmaqla yanaşı, dayanıqlı iqtisadi artımın təməlini qoyur. YAP bu sahədə varislik və modernləşmə prinsiplərini uzlaşdırır.

YAP VIII Qurultayı insan kapitalının inkişafını Azərbaycanın gələcək tərəqqisinin baş drayveri kimi elan etdi. Elm və təhsilə qoyulan sərmayələrin artırılması ölkəmizin beynəlxalq intellektual məkanda layiqli yer tutmasını təmin edəcəkdir. Partiya bilik iqtisadiyyatının formalaşdırılması kursunu ardıcıllıqla müdafiə edir.

Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button