
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycanda yeni siyasi mərhələ başladı. Bu mərhələdə iqtisadi inkişaf məsələləri də dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu.
Ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsi, xarici investisiyaların cəlb olunması və enerji sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı.
Neft strategiyasının həyata keçirilməsi Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakını genişləndirdi. Bununla yanaşı, iqtisadi islahatlar və bazar münasibətlərinin inkişafı üçün tədbirlər həyata keçirildi.
1993-cü ildən başlayan bu proseslər Azərbaycanın sonrakı iqtisadi inkişafında mühüm rol oynayan amillər sırasında yer aldı.
Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini



