
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışıAzərbaycanın iqtisadi inkişaf strategiyasının əsasistiqamətlərinin, investisiya imkanlarının və qarşıdakı dövrüçün prioritetlərin geniş təqdimatı ilə yadda qalıb.
Dövlət başçısı çıxışında vurğulayıb ki, uzun illər ərzindəhəyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədəsabit iqtisadiyyat, güclü maliyyə sistemi və əlverişliinvestisiya mühiti formalaşıb. Son 20 ildə Azərbaycana350 milyard ABŞ dollarından çox investisiyanın cəlbolunması, bunun təxminən yarısının birbaşa xariciinvestisiyalar olması ölkənin beynəlxalq investorlar üçünəhəmiyyətli tərəfdaşlıq məkanı olduğunu göstərən mühümgöstəricilər kimi qeyd edilib.
Çıxışda Azərbaycanın gələcək iqtisadi inkişafında qeyri-neft sektorunun rolunun artırılmasının vacibliyi xüsusidiqqətə çatdırılıb. Bərpaolunan enerji, logistika vənəqliyyat, mədənçilik, kənd təsərrüfatı, rəqəmsalinfrastruktur, süni intellekt və data mərkəzləri perspektivliistiqamətlər kimi təqdim olunub.
Azərbaycanın enerji potensialından danışan Prezidentİlham Əliyev Xəzər dənizinin ölkəmizə aid sektorundaböyük bərpaolunan enerji imkanlarının mövcud olduğunubildirib. Günəş və külək enerjisindən daha geniş istifadəedilməsi, elektrik enerjisinin ixracının artırılması vəenerjiötürücü xətlərin inkişaf etdirilməsi qarşıdakı dövrünmühüm vəzifələri sırasında göstərilib.
Nəqliyyat və logistika sahəsi də çıxışın əsasmövzularından biri olub. Azərbaycan ərazisindən keçənŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkənintranzit imkanlarını genişləndirdiyi bildirilib. Müasir dəmiryolu, avtomobil yolları, hava limanları və dənizinfrastrukturu ilə yanaşı, rəqəmsallaşma və gömrükidarəçiliyinin təkmilləşdirilməsinin Azərbaycanınbeynəlxalq nəqliyyat sistemində mövqeyini daha dagücləndirəcəyi vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya iləiqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə dətoxunaraq, ölkəmizin regionlararası bağlantılarda mühümrol oynadığını qeyd edib. Azərbaycanı Mərkəzi Asiya iləAvropa arasında birləşdirən enerji və nəqliyyatlayihələrinin yeni investisiya imkanları yaratdığı diqqətəçatdırılıb.
Çıxışda mədənçilik sektorunun inkişafı üçün qəbuledilmiş dövlət proqramının da əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, neft-qaz sektorunun Azərbaycaniqtisadiyyatında mühüm rolunu qoruyacağı, bu sahədənəldə olunan gəlirlərin digər iqtisadi istiqamətlərin inkişafınayönəldiləcəyi bildirilib.
Dövlət başçısı rəqəmsal transformasiya və süni intellektsahəsində Azərbaycanın qarşısında duran imkanlardan dadanışıb. Bu istiqamətdə əsas şərtlərdən biri kimi peşəkarvə ixtisaslı kadrların hazırlanması göstərilib. Təhsil, xaricdə təhsil proqramları, kibertəhlükəsizlik və insankapitalının inkişafı ölkənin gələcək iqtisadi potensialınınformalaşdırılmasında mühüm amillər kimi qeyd olunub.
Prezident İlham Əliyevin çıxışında ərzaq təhlükəsizliyi vəkənd təsərrüfatı da diqqətdən kənarda qalmayıb. Suqıtlığı, iqlim dəyişiklikləri və qlobal təchizat zəncirlərindəbaş verən dəyişikliklər fonunda yerli istehsalın artırılmasıvə idxaldan asılılığın azaldılması mühüm vəzifələr kimimüəyyənləşdirilib.
Çıxışın mühüm məqamlarından biri də Azərbaycanıninvestisiya mühitinin əsas üstünlüklərinin diqqətəçatdırılması olub. Siyasi və iqtisadi sabitlik, maliyyəimkanları, inkişaf etmiş infrastruktur, əlverişli coğrafimövqe, enerji potensialı və insan kapitalı ölkənin gələcəkinvestisiya imkanlarının əsas dayaqları kimi təqdim edilib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanıniqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühümnəticələr əldə edilsə də, qarşıda görüləsi işlər hələ çoxdur. Məqsəd qeyri-neft sektorunun inkişafını sürətləndirmək, ixracın strukturunu şaxələndirmək, müasir texnologiyalarıölkəyə gətirmək və Azərbaycanın regional rəqəmsal, enerji və logistika mərkəzlərindən birinə çevrilməsiistiqamətində fəaliyyəti davam etdirməkdir.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuçərçivəsində səsləndirilən fikirlər Azərbaycanın gələcəkinkişaf gündəliyinin yalnız ənənəvi enerji resursları iləməhdudlaşmadığını göstərir. Bərpaolunan enerji, nəqliyyatvə logistika, rəqəmsal texnologiyalar, süni intellekt, mədənçilik, kənd təsərrüfatı və insan kapitalı yeni iqtisadiimkanların əsas istiqamətləri kimi ön plana çıxır.
Bu baxımdan forum Azərbaycanın investisiyapotensialının beynəlxalq biznes ictimaiyyətinə təqdimedilməsi ilə yanaşı, ölkənin qarşıdakı illər üçün iqtisadiprioritetlərinin müzakirə olunduğu mühüm platforma kimiqiymətləndirilə bilər.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



