AnalitikaGündəmSiyasət

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə uzanan yol

27 Sentyabr – Anım Günü hər birimiz üçün xüsusi vəağır məna daşıyan gündür. Bu tarix bizə Vətən uğrundacanından keçən minlərlə şəhidimizi, onların yarımçıqqalan arzularını, ailələrinin yaşadığı ağrını və bizə əmanətetdikləri müqəddəs torpaqları xatırladır.

Qarabağ uzun illər xalqımızın ən böyük ağrısı oldu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, torpaqlarımızın işğal edilməsi, yüz minlərlə insanın özdoğma yurdlarından didərgin düşməsi tariximizin ən ağırsəhifələrindən birinə çevrildi. Ermənistanın “dənizdəndənizə Ermənistan” kimi əsassız ideyaları da butorpaqlara olan iddiaların nə qədər təhlükəli olduğunugöstərirdi.

İllərlə davam edən işğal və danışıqların nəticəsizqalması ilə yanaşı, Ermənistan tərəfindən törədiləntəxribatlar da davam edirdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə cəbhəboyu genişmiqyaslı hərbi təxribatın qarşısınınalınması üçün Azərbaycan Ordusu əks-hücuməməliyyatına başladı.

Həmin gün başlayan Vətən müharibəsi 44 gün davametdi. Bu 44 gün Azərbaycan xalqının tarixində heç vaxtunudulmayacaq bir Zəfər salnaməsinə çevrildi. Əsgər vəzabitlərimizin göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi vədövlətimizin qətiyyəti nəticəsində torpaqlarımız bir-birininardınca işğaldan azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələri azad edildi, 8 noyabrda isə Şuşanın azad olunması ilə Zəfərin ənmöhtəşəm səhifələrindən biri yazıldı.

Amma bu Zəfərin arxasında böyük bir ağrı da var. BuQələbəni bizə yaşadan şəhidlərimizi heç vaxtunutmamalıyıq. Onlar Vətən üçün öz həyatlarındankeçdilər ki, biz bu gün azad Qarabağdan danışa bilək.

Prezident İlham Əliyevin Anım Günü ilə bağlı söylədiyisözlər şəhidlərimizin keçdiyi yolun və onların bizə bəxşetdiyi Zəfərin mənasını çox aydın ifadə edir:

“Əziz həmvətənlər, Anım Günündə bütünşəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağmüharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha başəyir, onlara Allahdan rəhmət diləyirəm. Onlarınyaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onlarınqanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüşmeydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizəbəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürurmənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”

Bu sözlərin hər birində şəhidlərimizə olan böyükehtiramı hiss etmək mümkündür. Çünki bu Qələbə bizəasan başa gəlmədi. Hər bir şəhidimizin arxasında bir ailə, bir ana, bir ata, bir övlad, bir yarımçıq qalan həyat var.

Prezident İlham Əliyevin başqa bir çıxışında dediyikimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrininşəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq.” Həqiqətəndə, şəhidlərimizin adları yalnız tarix kitablarında deyil, xalqımızın qəlbində yaşayır.

27 Sentyabr həm də bizə xatırladır ki, şəhidlərimiziyalnız Anım Günündə deyil, hər zaman yaşatmalıyıq. Onların həyatını, döyüş yolunu, göstərdikləri qəhrəmanlığıgələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur. Çünki tariximizi unutmadıqca, Vətən uğrunda verilənqurbanların qiymətini bildikcə milli yaddaşımız da daimyaşayacaq.

Bu baxımdan Hərbi Qənimətlər Parkı kimi məkanlarında xüsusi əhəmiyyəti var. Orada nümayiş etdirilən hər bireksponat bizə 44 günlük müharibənin necə ağır və böyükbir mübarizə olduğunu xatırladır. Bu məkanlar gələcəknəsillərin həmin tarixi yaxından öyrənməsi üçün dəmühüm əhəmiyyət daşıyır.

27 Sentyabr – Anım Günündə bütün şəhidlərimiziböyük ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Onlarınbizə əmanət etdiyi Vətəni qorumaq, adlarını yaşatmaq vəqəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq hər birimizinborcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əzizxatirəsi daim qəlbimizdə yaşayacaq.

 

Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button