AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr və Milli Həmrəylik

27 Sentyabr 2020-ci ildə başlayan hadisələr Azərbaycan cəmiyyətində birlik və həmrəylik hisslərinin daha da güclənməsi ilə yadda qaldı. Müharibə dövründə xalq və ordu arasında mənəvi birlik nümayiş etdirildi.

Ölkənin müxtəlif bölgələrindən olan insanlar Vətənə öz dəstəklərini göstərdilər. Hərbçilər cəbhədə, digər insanlar isə arxa cəbhədə müxtəlif formalarda öz töhfələrini verməyə çalışdılar.

Müharibədə həyatını itirən şəhidlərin xatirəsi xalqımız üçün əzizdir. Onların ailələrinə göstərilən diqqət milli həmrəyliyin mühüm nümunələrindən biridir.

27 Sentyabr Anım Günü bizə birlik və həmrəyliyin əhəmiyyətini xatırladır. Bu gün həmçinin şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün xüsusi məna daşıyır.

Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button