AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr: Qəhrəmanların Xatirəsinə Ehtiram

27 Sentyabr Anım Günü Azərbaycan xalqının şəhidlərimizin əziz xatirəsinə ehtiramını ifadə etdiyi xüsusi gündür. Bu tarix Vətən uğrunda mübarizə aparan insanların fədakarlığını xatırlamaq baxımından böyük əhəmiyyət daşıyır.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbçiləri ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparıblar. Bu mübarizədə həyatını itirən şəhidlərimizin xatirəsi xalqımız üçün müqəddəsdir.

Anım Günündə şəhidlərin məzarları ziyarət olunur, onların ruhuna dualar edilir və ailələrinə ehtiram göstərilir. Məktəblərdə və müxtəlif təşkilatlarda bu günə həsr olunmuş tədbirlər keçirilir.

Şəhidlərimizin xatirəsini yaşatmaq yalnız müəyyən bir günün deyil, hər zamanın vəzifəsidir. Onların adlarını gələcək nəsillərə çatdırmaq milli yaddaşımızın qorunmasına xidmət edir.

Yasəmən Səfərova,
YAP Nizami rayon təşkilatının “İ.Məmmədov küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button