
Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir” fikri ölkənin təbii ehtiyatlarına münasibətinmahiyyətini ifadə edən mühüm mesajdır.
Bu yanaşma onu göstərir ki, yeraltı sərvətlər iqtisadiinkişaf üçün mühüm imkanlar yaratsa da, onların mövcudluğutəbiətin qorunmasının əhəmiyyətini heç vaxt arxa planakeçirməməlidir. Əksinə, mədənçilik və metallurgiya kimisahələrin inkişafı zamanı ətraf mühitin mühafizəsi, ekolojitarazlığın qorunması və təbii ehtiyatlardan məsuliyyətli istifadəəsas prinsiplərdən biri olmalıdır. Çünki yeraltı sərvətlərdənfərqli olaraq, təbiətin bütövlüyü və ekoloji tarazlıq cəmiyyətinhəyat keyfiyyətinə birbaşa təsir edən, uzunmüddətli vəəvəzolunmaz dəyərdir.
Dağ-mədən sənayesinin genişləndirilməsi qarşıya yeniimkanlarla yanaşı, müəyyən məsuliyyətlər də qoyur. Faydalıqazıntı yataqlarının istismarı zamanı torpaq örtüyünün, suehtiyatlarının, meşə və digər təbii ekosistemlərin qorunmasıdiqqət mərkəzində saxlanılmalıdır. Müasir texnologiyalarıntətbiqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İstehsalproseslərinin daha səmərəli təşkili, tullantıların minimumaendirilməsi, su və enerji resurslarından qənaətlə istifadəolunması sənayenin inkişafını ekoloji tələblərlə uzlaşdırmağaimkan verir.
Burada mühüm məqam ondan ibarətdir ki, təbiətinqorunması iqtisadi inkişafın qarşısında dayanan maneə kimideyil, onun davamlılığını təmin edən əsas şərtlərdən biri kimiqəbul edilməlidir. İstehsalın həcminin artması ilə yanaşı, istifadə olunan resursların səmərəliliyi, ətraf mühitə təsirinazaldılması və pozulmuş ərazilərin bərpası da diqqətdəsaxlanılmalıdır. Bu, müasir sənaye siyasətinin yalnız bugünkünəticələrə deyil, uzunmüddətli perspektivə hesablanmasınıngöstəricisidir.
Azərbaycanın yaşıl iqtisadiyyata və ekoloji məsələlərəartan diqqəti də bu baxımdan xüsusi məna daşıyır. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, ekoloji layihələrin həyatakeçirilməsi və təmiz texnologiyaların tətbiqi ölkənin gələcəkinkişaf modelində təbiətin qorunmasının mühüm yertutduğunu göstərir. Sənayenin müxtəlif sahələrində aparılanyenilənmə prosesləri də bu prinsiplərlə uyğunlaşdırıldıqdahəm iqtisadi, həm də ekoloji baxımdan daha davamlı nəticələrəldə etmək mümkündür.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafıçərçivəsində də əsas məqsəd yalnız mövcud ehtiyatlarınhasilatı ilə məhdudlaşmamalıdır. Bu sahədə yaradılan yeniistehsal imkanları, texnoloji yeniliklər və iqtisadi dəyər zənciriilə yanaşı, təbiətin mühafizəsi məsələləri də eyni məsuliyyətlənəzərə alınmalıdır. Yeraltı sərvətlərin gəlir gətirən iqtisadiresursa çevrilməsi vacibdirsə, həmin fəaliyyət nəticəsində təbiimühitin qorunması da bir o qədər mühüm vəzifədir.
Bəxtiyar Ələkbərov,
YAP Hacıqabul rayon təşkilatının ƏPT sədri, Hacıqabul rayonu Təhsil Sektorunun müdiri



