AnalitikaGündəmSiyasət

Ölkəmizin dağ- mədən sənayesinin inkişafında yeni mərhələ başlayır

Azərbaycan dövləti  son 20 ildə  qeyri-neft sənayesininşaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatınrəqabət qabiliyyətinin artırılması istiqamətində davamlı vəməqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundanasılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımıntəmin olunmasında ağır sənaye, xüsusilə də dağ-mədən vəmetallurgiya sektoru mühüm hərəkətverici qüvvəyəçevrilməkdədir. Prezident İlham Əliyevin sədrliyi ilə«Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən(metal filizləri) və metallurgiya sənayesinin inkişafına dairDövlət Proqramı»na həsr olunmuş müşavirədə ölkənin qeyri-neft sektorunda yeni istehsal imkanlarının formalaşdırılmasıbaxımından mühüm istiqamətlər müəyyənləşdirib. DövlətProqramının əsas hədəfi yalnız faydalı qazıntıların hasilatınınartırılması deyil, xammalın ölkə daxilində daha yüksək əlavədəyər yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirininformalaşdırılmasıdır.

Sözügedən Dövlət Proqramının əsas iqtisadi hədəfi  dağ-mədən sənayesində zəngin və müasir emal müəssisələriyaratmaqla yüksək əlavə dəyərli sənaye məhsullarını dünyabazarlarına çıxarmaqdır. Proqramda müəyyən edilmiş hədəflər, xüsusən də 2030-cu ilədək sektorun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılmasıölkənin xarici ticarət balansına güclü təsir göstərəcək. Bu hədəfəçatmaq üçün atılan addımlar artıq öz bəhrəsini verir. Dövlətsektorunu təmsil edən «AzerGold» QSC-nin artan ixracgöstəriciləri, xüsusən də cari ilin 8 ayı ərzində 180 milyon ABŞ dollarından artıq ixrac reallaşdırması sahənin zəngin potensialınınümayiş etdirir. Gələcəkdə «Daşkəsən» dəmir filizi yatağıbazasında 2 milyon ton istehsal gücünə malik istibriketləşdirilmiş dəmir zavodunun qurulması, Avropada ənperspektivli yataqlardan sayılan «Filizçay»da mis, sink vəqurğuşun resurslarının istismarı, o cümlədən Naxçıvan vəQarabağ zonasında yeni geoloji kəşfiyyat işləri bu rəqəmləridəfələrlə artıracaq.

Proqramda göstərilir ki, layihələrin icrası üçün nəzərdətutulan 5,3 milyard manatlıq investisiyanın 80 faizinin özəl vəborc kapitalı hesabına cəlb edilməsi ölkədəki cəlbedici sərmayəmühitinin göstəricisidir. Bu strateji yanaşma həm yerli, həm dəxarici investorların Azərbaycan iqtisadiyyatına aktivinteqrasiyasını təmin edərək yeni maliyyə axınları formalaşdırır. Proqramın iqtisadi miqyası qədər sosial və regional əhəmiyyətidə dərindir. Sektorda 5 mindən çox daimi iş yerinin yaradılmasıölkədə məşğulluğun davamlı artımına, xüsusən də azad edilmişərazilərə Böyük Qayıdış prosesinə əlavə təkan verəcək. Digərtərəfdən, metallurgiya sənayesinin inkişafı aqrar sektor və inşaatkimi sahələrdə müsbət zəncirvari reaksiya yaradaraq avadanlıq, texnika və metal konstruksiyaların yerli istehsalınıstimullaşdıracaq. Son illərdə uğurla formalaşdırılmış güclüelektrik enerjisi və qaz infrastrukturu Azərbaycana belə böyükvə enerjitutumlu sənaye layihələrini sərbəst şəkildə icra etməkimkanı verir. Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən buDövlət Proqramı Azərbaycanın uzunmüddətli sənayetəhlükəsizliyini təmin edən, qeyri-neft sənayesini qlobalticarətin mərkəzinə daşıyan və ölkəmizin regionda sənayeqovşağı kimi mövqeyini sarsılmaz edən fundamental biraddımdır.

Müşavirədə sənayenin genişləndirilməsi ilə yanaşı, təbiətinqorunması və ekoloji standartların təmin edilməsi məsələləri dəxüsusi diqqət mərkəzində olub. Belə ki, dağ-mədən vəmetallurgiya sənayesinin genişlənməsi ölkənin qeyri-neftsektorunun inkişafı üçün yeni imkanlar yaratsa da, bu prosesiniqtisadi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq prinsipləriəsasında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Müşavirədə Prezident İlham Əliyevin Qərb Sənaye Parkında vədigər dağ-mədən layihələrində maksimum ekoloji ekspertizanınaparılması və bütün ekoloji normaların gözlənilməsi barədətapşırıqları bu yanaşmanın əsas istiqamətini müəyyən edir.

Dağ-mədən fəaliyyəti torpaq ehtiyatları, su resursları, landşaft və biomüxtəlifliklə birbaşa əlaqəli olduğundan, layihələrin qiymətləndirilməsində yalnız hasilat və maliyyəgöstəriciləri ilə kifayətlənmək məqsədəuyğun deyil. İstehsalprosesində su və enerji sərfiyyatı, tullantıların idarə olunması, pozulmuş torpaqların bərpası, emissiyalar və ətraf ekosistemlərətəsir kimi amillərin də ölçülə bilən göstəricilər əsasındaizlənilməsi ekoloji risklərin vaxtında müəyyən edilməsinə imkanverə bilər. Bu yanaşma işğaldan azad edilmiş ərazilərbaxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısınınmüşavirədə vurğuladığı kimi, işğal dövründə Kəlbəcər, Laçın vəZəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib. Eyni zamanda, Kəlbəcər,  Ağdərə və Zəngilanda qızıl, mis vəmolibden yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması nəzərdətutulur. Bu baxımdan həmin ərazilərdə sənaye fəaliyyətiningenişləndirilməsi ekoloji bərpa prosesləri ilə paralel aparılmalı, yeni istehsal gücləri keçmiş ekoloji zərərlərin üzərinə əlavə yükyaratmamalıdır.

Müşavirədə ölkəmizin başçısı dağ-mədən layihələrindəekoloji normaların ən yüksək standartlara cavab verməsinin həmdövlət şirkətləri, həm də xarici tərəfdaşlar üçün məcburi tələbolduğunu bildirib və təbiətin qorunmasının prioritet xarakterdaşıdığını xüsusi  qeyd edib.Yəni, bu Proqramın iqtisadifaydalılığı ilə bərabər, onun ekoloji təhlükəsizliyi də önəmliməsələdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button