Yaşıl Qarabağ və Şərqi Zəngəzur: Zəfərin ekoloji və dayanıqlı gələcəyi

Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi Zəfər yalnız siyasi və hərbi müstəvidə deyil, həm də regionun ekoloji və iqtisadi bərpasında yeni bir eranın təməlini qoydu. İşğal dövründə kütləvi şəkildə məhv edilmiş meşələr, çirkləndirilmiş su mənbələri və talan olunmuş təbii sərvətlər azadlıqdan sonra bərpa və yaşıl enerji konsepsiyası ilə əvəz olundu.
Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl Enerji Zonası” elan edilməsi azad olunmuş torpaqların gələcək inkişaf modelini müəyyənləşdirdi. Həmin ərazilərdə hidroelektrik stansiyalarının bərpası, günəş və külək enerji layihələrinin icrası, eləcə də ekoloji təmiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi Azərbaycanın dayanıqlı gələcəyə verdiyi mühüm töhfədir.
Bu gün azad edilmiş torpaqlarda əkilən hər bir ağac, bərpa olunan hər bir su hövzəsi və istifadəyə verilən yaşıl texnologiya şəhidlərimizin bizə əmanət etdiyi doğma yurdun yenidən dirçəldilməsinin simvoludur. İşğaldan azad olunmuş ərazilərin ekoloji təmiz infrastruktulla bərpası regiona təkcə həyat qaytarmır, həm də gələcək nəsillər üçün sağlam və təhlükəsiz yaşayış
Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini



