AnalitikaDünyaGündəm

Zəfər irsi və gələcək nəsillərin məsuliyyəti

27 Sentyabr Anım Günündən başlayan şanlı Zəfər yolu Azərbaycan xalqı üçün təkcə hərbi və siyasi uğur deyil, həm də gələcək nəsillərə ötürülən zəngin bir mənəvi irsdir. 44 günlük Vətən müharibəsində və sonrakı suverenlik əməliyyatlarında nümayiş etdirilən qəhrəmanlıq, milli həmrəylik və Vətən sevgisi Azərbaycan gəncliyinin və gələcək nəsillərin vatanpərvərlik tərbiyəsində əsas meyardır.

Şəhidlərimizin və qazilərimizin yazdığı bu dastan göstərdi ki, milli kimlik və dövlətçilik şüuru hər bir xalqın varlığının əsas dayaqlarıdır. Bu Zəfər irsinin qorunması, dərindən öyrənilməsi və obyektiv şəkildə gələcək nəsillərə çatdırılması hər bir Azərbaycan vətəndaşının, təhsil və mədəniyyət xadimlərinin, eləcə də ziyalıların üzərinə düşən müqəddəs borcdur.

Bu gün azad edilmiş torpaqlarda yüksələn hər bir məktəb, universitet və elmi-mədəni mərkəz Zəfərin bilik, elm və tərəqqi ilə möhkəmləndirilməsinə xidmət edir. Qəhrəmanlıq tariximizi yaşatmaq yalnız keçmişi xatırlamaq deyil, həm də həmin cəsarət və fədakarlıq ruhunu müasir elmin, texnologiyanın və inkişafın tələbləri ilə birləşdirərək güclü Azərbaycanı daha da irəli aparmaq deməkdir.

27 Sentyabr Anım Günü bizə hər zaman xatırladacaq ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ən ali dəyərdir. Bu müqəddəs əmanəti qorumaq, onu daha da gücləndirmək və gələcək nəsillərə qüdrətli dövlət kimi ötürmək Zəfər tariximizin bizə verdiyi en böyük mənəvi dərsdir.

Ülkər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button