
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorununsürətli inkişafı və şaxələndirilməsi müasir dövrün ənvacib strateji hədəflərindən biridir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və“Azərbaycan Respublikasında 2027-2030-cu illərdədağ-mədən (metal filizləri) və metallurgiya sənayesinininkişafına dair Dövlət Proqramı”na həsr olunmuşmüşavirə ölkənin sənaye xəritəsində yeni birmərhələnin əsasını qoyur. Müşavirədə səsləndirilənfikirlər, müəyyən edilən hədəflər və qarşıya qoyulanvəzifələr Azərbaycanın yaxın gələcəkdə regionunaparıcı metallurgiya və mədənçıxarma mərkəzlərindənbirinə çevriləcəyindən xəbər verir.
Ölkəmiz zəngin təbii resurslara, xüsusilə də əlvan və qara metal filizi yataqlarına sahibdir. İşğaldan azadedilmiş ərazilərimizin – Qarabağ və Şərqi Zəngəzurunölkə iqtisadiyyatına inteqrasiyası bu potensialı bir neçədəfə artırıb. Qızıl, mis, dəmir filizi, gümüş və digərstrateji xammal ehtiyatlarının səmərəli istismarı qeyri-neft sənayesinin daxili məhsuldarlığını yüksəltməküçün əvəzolunmaz imkanlar yaradır.
2027–2030-cu illəri əhatə edəcək Dövlət Proqramıməhz bu resurslardan yalnız xammal kimi deyil, yüksək əlavə dəyər yaradan son məhsul kimi istifadəolunmasını hədəfləyir. Müşavirədə dövlət başçısınınvurğuladığı əsas məqamlardan biri də elə bundanibarətdir: Azərbaycan xammal ixrac edən ölkədəndərin emal olunmuş, rəqabətqabiliyyətli son metallurgiya məhsulları istehsal edən sənayemərkəzinə çevrilməlidir.
Dövlət Proqramının uğurla icra olunması ölkəiqtisadiyyatına bir çox istiqamətdə töhfə verəcək. Daxili bazarın yerli metal məhsulları ilə təmin edilməsiidxaldan asılılığı kəskin azaldacaq. İstehsal olunan son məhsulların dünya bazarlarına çıxarılması isə qeyri-neft ixracından gələn valyuta daxilolmalarını dəfələrləartıracaq. Dağ-mədən və metallurgiya kompleksi irihəcmli işçi qüvvəsi tələb edən sahədir. Proqramçərçivəsində regional sənaye klasterlərinin qurulması, xüsusən Daşkəsən, Qazax, Kəlbəcər, Zəngilan kimibölgələrdə minlərlə yeni və yüksəködənişli iş yerininaçılmasına gətirib çıxaracaq. Metallurgiyanın inkişafımaşınqayırma, tikinti, energetika və nəqliyyat-logistikasektorlarının da paralel inkişafına təkan verəcək.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altındahazırlanan və 2027–2030-cu illəri əhatə edəcək buDövlət Proqramı Azərbaycanın sənayeləşməsiyasətində keyfiyyətcə yeni bir səhifə açır. Müşavirədə müəyyən edilən strateji kurs göstərir ki, ölkəmiz yaxın illərdə təbii resurslarından maksimalsəmərə ilə istifadə edərək, regionda ağır sənayenin vəmetallurgiyanın modern mərkəzinə çevrilməkəzmindədir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınsədri



