
Prezident İlham Əliyevin dağ-mədən və metallurgiyasənayesinin inkişafına dair Dövlət Proqramına həsrolunmuş müşavirədəki çıxışında Azərbaycanınqarşıdakı illərdə sənaye siyasətinin mühümistiqamətlərindən biri aydın şəkildə ifadə olunub. Ölkənin malik olduğu mineral resursların yalnız hasiledilməsi deyil, onların daha yüksək əlavə dəyəryaratmaqla ölkə daxilində emal olunması əsashədəflərdən biri kimi təqdim edilib. Bu yanaşmaiqtisadiyyatın şaxələndirilməsi, yeni sənayemüəssisələrinin yaradılması və yerli istehsalimkanlarının genişləndirilməsi baxımından əhəmiyyətdaşıyır. Dövlət Proqramının 2027-2030-cu illəri əhatəetməsi və bu müddət ərzində konkret istehsal vəinvestisiya layihələrinin həyata keçirilməsinin nəzərdətutulması dağ-mədən və metallurgiya sektorununuzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirir.
Müşavirədə təqdim olunan yanaşmaya əsasən, Azərbaycanın mineral xammal bazasınıngenişləndirilməsi, mövcud yataqların daha səmərəliistismarı və yeni layihələrin reallaşdırılması qarşıdakıdövrün əsas istiqamətlərindəndir. “Daşkəsən” dəmirfilizi layihəsi çərçivəsində mədən, zənginləşdirmə vəpelet istehsalı güclərinin yaradılması, daha sonra istibriketləşdirilmiş dəmir istehsalına keçid nəzərdətutulur. Alüminium sahəsində isə mövcud istehsalzəncirinin genişləndirilməsi və daha yüksək əlavədəyərə malik məhsulların istehsalının artırılmasıplanlaşdırılır. Dövlət Proqramında həmçinin“Filizçay”, “Söyüdlü” və digər perspektivli yataqlarüzrə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bulayihələr xammaldan hazır məhsula qədər yerli sənayezəncirinin formalaşmasına xidmət edən istiqamətlərkimi təqdim olunur.
Yeni sənaye layihələrinin həyata keçirilməsi iqtisadihəyatın müxtəlif sahələrinə də təsir göstərə bilər. İstehsal həcmlərinin artması nəqliyyat və logistikaxidmətlərinə tələbatı yüksəldəcək, yerli podratçı vətəchizatçı şirkətlər üçün yeni fəaliyyət imkanlarıformalaşdıracaq, texniki və mühəndislik ixtisaslarınamarağı artıracaqdır. Eyni zamanda, metallurgiyaməhsullarının istehsalının genişləndirilməsiAzərbaycanın ixrac strukturunun daha daşaxələndirilməsinə imkan verə bilər. DövlətProqramının təsdiq edilməsi ilə bu istiqamətdəqarşıdakı dövr üçün konkret fəaliyyət çərçivəsimüəyyənləşdirilib və proqramda nəzərdə tutulantədbirlərin icrasına nəzarət və monitorinqmexanizmləri də müəyyən olunub.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



