AnalitikaGündəmSiyasət

Türk Dünyasının təhlükəsizlik arxitekturası: İlham Əliyevin konseptual mesajları

Azərbaycan Prezidenti İlham Əliyev 17 sentyabr 2026-cı il tarixində Bakıda keçirilən “Türk Dövlətlər Təşkilatı” na üzv ölkələrin Təhükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının iştirakçılarını qəbul edərkən geniş və konseptual çıxış etdi.
Əsas məqamlar: Beynəlxalq hüququn pozulması və artıq yeni nizamın formalaşması, Türk Dünyasının strateji gücü və potensialı, Vahid Təhlükəsizlik Doktrinasının yaranması zərurəti, ideoloji təhlükəsizlik və Gənclər siyasəti, Türkdilli dövlətlər arasında müttəfiq və əməkdaşlığın təzahürü olaraq imzalanmış bəyannamə və müqavilələr haqqında xatırlatmalar olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin görüşdə səsləndirdiyi konseptual fikirlər bütövlükdə Türk Dünyasının gələcək Təhlükəsizlik Doktrinasının təməl prinsiplərini müəyyən etmişdir. TDT Avrasiya məkanında sabitlik, ədalət və əməkdaşlıq dayağı kimi yüksəlir. Türk dövlətləri birləşərək yalnız öz milli maraqlarını deyil, həm də regional və qlobal təhlükəsizliyə töhvə verən ədalətli beynəlxalq münasibətlər modelini formalaşdırırlar. Bu məqamda Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən liderliyi ilə Azərbaycan Türk dünyasının lokomotivi, ideoloji və strateji xəttinin müəllifidir.
Türk Dövlətlər Təşkilatı-dəyişən dünyanın yeni güc mərkəzi, regional və beynəlxalq arenada nüfuzu, çəkisi artan siyasi strateji birlikdir. Təməli 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində tarixi Zirvə görüşündə imzalanmış Naxçıvan sazişi əsasında qoyulmuş Türk Dövlətlər Təşkilatının fəaliyyəti mədəni hummanitar əlaqələrdən beynəlxalq gündəlik, təhlükəsizlik, enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, humanitar əməkdaşlıq, müttəfiqlik səviyyəsinə yüksələn inkişaf yolu keçmişdir.
Müasir dünyada ənənəvi təhdidlərin və bəşəriyyəti narahat edən yeni çağırışların çoxalması fonunda TDT-nın beynəlxalq aləmdə artan nüfuzu və potensialını Prezident İlham Əliyev xüsusi vurğulayıb. 
Prezident xarici ölkələrin manipulasiyaya həssas olan gənc nəsli hədəf aldığını diqqətə çatdırmış və TDT çərçivəsində Gənclər Təşkilatlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, müntəzəm forum və konfransların keçirilməsi sayəsində gənc vətəndaşların sıx ünsiyyətinə nail olmağı qarşıya qoymuşdur.
Qohum xalqların qardaşlıq münasibətlərinin gənc nəslə ideoloji iş və şəxsi nümunələrlə düzgün ötürülməsini tövsiyə etmişdir.
Dahi Özbək şairi, mütəfəkkiri, filoloqu və dövlət xadimi Əlişir Nəvainin abidəsinin 2008-ci ildən Bakıda, görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin 2004-cü ildən Daşkənddə ucaldılması böyük insanların xatirəsinə ehtiram əlaməti olmaqla bərabər həm də, əsrlər boyu bir-biri ilə sülh, həmrəylik şəraitində yaşamış, dostluq etmiş Özbək və Azərbaycan xalqları arasında münasibətlərin xarakterini, ruhunu əks etdirir. 

Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button