AnalitikaGündəmSiyasət

Azərbaycan – Türk dünyasının birliyinin və strateji əməkdaşlığının fəal iştirakçısı

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrləmünasibətləri son illərdə yalnız tarixi, mədəni mənəviyaxınlıq müstəvisində deyil, həm siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji investisiya sahələrindəardıcıl inkişaf edən çoxşaxəli əməkdaşlıq formatınaçevrilib. Bakı son dövrdə TDT çərçivəsində keçirilənmühüm tədbirlərə ev sahibliyi etməklə Türk dünyasınınortaq gündəliyinin müzakirə edildiyi mühümplatformalardan birinə çevrilib.

Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanınxüsusi fəallığı diqqət çəkən amillərdəndir. Azərbaycan həmtəşkilat daxilində çoxtərəfli əməkdaşlığıngenişləndirilməsinə, həm üzv dövlətlərlə ikitərəflimünasibətlərin möhkəmləndirilməsinə böyük əhəmiyyətverir. Bu yanaşma Türk dünyasında siyasi dialoqun, iqtisadi əlaqələrin qarşılıqlı etimadın inkişafına xidmətedən mühüm amillərdən biri kimi çıxış edir. 2026-cı ilinsentyabrında Bakıda keçirilən tədbirlər bu əməkdaşlığınmüxtəlif istiqamətlərini bir daha nümayiş etdirdi. Sentyabrın 17-də Prezident İlham Əliyev TDT- üzvölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi. Görüşdə təşkilata üzv ölkələrin təhlükəsizlik şuralarınınnümayəndələri iştirak etdilər təhlükəsizlik sahəsindəəməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, müasir dövrdətəhlükəsizlik məsələləri artıq ayrı-ayrı dövlətlərin sərhədləriilə məhdudlaşmır. Terrorçuluq, transmilli mütəşəkkilcinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, diniekstremizm, hibrid təhdidlər kritik infrastrukturuntəhlükəsizliyi kimi çağırışlar dövlətlər arasındakoordinasiyanı zəruri edir. Prezidentin toplantıiştirakçılarına müraciətində təhlükəsizlik şuralarınınmüntəzəm görüşlərinin ortaq təhdid risklərinmüəyyənləşdirilməsi onların qarşısının alınmasıbaxımından əhəmiyyəti vurğulanıb.

Türk dünyasının müasir inkişaf mərhələsi yalnız tarixi mədəni bağlılıqla izah edilə bilməz. Bu gün ortaq dil, mədəniyyət tarixi yaddaşla yanaşı, dövlətlərarasımünasibətlərin institusional əsaslarınınmöhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. TDT məhz bu baxımdan diqqətçəkən əməkdaşlıq formatıdır. Təşkilat müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişafıüçün siyasi dialoq əməkdaşlıq mexanizmləri yaradır. Prezident İlham Əliyevin 17 sentyabr tarixindəki çıxışındaTürk dünyasının yüksəliş mərhələsinə qədəm qoyduğu, TDT məkanında sülh, sabitlik inkişaf proseslərininmühüm nailiyyət olduğu vurğulanıb. Eyni zamanda, təhlükəsizlik şuraları katiblərinin toplantılarının ortaqtəhlükəsizlik arxitekturasının formalaşmasına xidmət etdiyiqeyd olunub.

Burada diqqət çəkən əsas məqam Türk dünyasınınəməkdaşlıq anlayışının getdikcə daha geniş məzmunqazanmasıdır. Əgər əvvəlki dövrlərdə mədəni-humanitarəlaqələr ön planda idisə, bu gün iqtisadiyyat, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar təhlükəsizlikkimi istiqamətlər ortaq gündəliyin mühüm hissəsinəçevrilir.

Azərbaycanın Türk dünyasındakı mövqeyindəndanışarkən Türkiyə ilə münasibətlərin xüsusi əhəmiyyətiniqeyd etmək lazımdır. Azərbaycan Türkiyə arasındasiyasi, iqtisadi, hərbi humanitar sahələrdə genişəməkdaşlıq mövcuddur. İki ölkə arasında müttəfiqlikmünasibətlərinin hüquqi əsasları Şuşa Bəyannaməsi ilədaha da möhkəmləndirilib. Bu münasibətlər yalnız ikidövlət arasındakı əlaqələr baxımından deyil, ümumilikdəTürk dünyasının əməkdaşlıq potensialınıngenişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə münasibətlərində əldə olunannəticələr digər türk dövlətləri ilə əlaqələrin inkişafına da əlavə imkanlar yaradır.

Müasir beynəlxalq münasibətlər sistemindətəhlükəsizlik məsələlərinin aktuallığı getdikcə artır. TDT ölkələrinin yerləşdiyi coğrafiyanın mühüm nəqliyyat enerji dəhlizlərinin üzərində yerləşməsi onlarıntəhlükəsizlik məsələlərinə qarşılıqlı marağını da artırır. Bu baxımdan təhlükəsizlik şuraları katiblərinin müntəzəmgörüşlərinin keçirilməsi yeni əməkdaşlıq mexanizmlərininformalaşması baxımından əhəmiyyətlidir. 17 sentyabrtoplantısında terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibridtəhdidlər kritik infrastrukturun mühafizəsi kimiməsələlərin ortaq təhlükəsizlik gündəliyində yer alması da bunu göstərir. Əsas məsələ isə təhlükəsizlik sahəsindəəməkdaşlığın qarşılıqlı məlumat təcrübə mübadiləsi, preventiv tədbirlər koordinasiya üzərində qurulmasıdır.

TDT-nin inkişaf perspektivləri yalnız iqtisadi təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Beynəlxalqhüquqa hörmət, dövlətlərin suverenliyinə ərazibütövlüyünə ehtiram, beynəlxalq münasibətlərdə ədalətli sabit prinsiplərin qorunması da təşkilatın gündəliyindəmühüm yer tutur. 17 sentyabr görüşündə Prezident İlham Əliyev TDT-nin beynəlxalq proseslərə təsir imkanlarınınartırılması beynəlxalq hüququn üstünlüyününqorunmasının vacibliyini vurğulayıb. Bu yanaşma təşkilatınyalnız regional əməkdaşlıq platforması deyil, beynəlxalqməsələlərdə ortaq mövqelərin ifadə edildiyi mexanizm kimiinkişaf etməsi perspektivini gündəmə gətirir.

Türk dövlətlərinin malik olduğu insan resursları, təbiisərvətlər, coğrafi mövqelər, nəqliyyat imkanları inkişafedən iqtisadiyyatlar geniş əməkdaşlıq potensialı yaradır. Bu potensialın reallaşdırılması üçün əsas şərtlərdən biridövlətlərarası əməkdaşlığın biznes özəl sektorsəviyyəsində dərinləşdirilməsidir.

Birgə müəssisələrin yaradılması, qarşılıqlıinvestisiyaların artırılması, elektron ticarət, rəqəmsaliqtisadiyyat, kənd təsərrüfatı, turizm innovasiyasahələrində əməkdaşlığın genişləndirilməsi Türkdövlətlərinin iqtisadi inteqrasiyasını daha da gücləndirəbilər. Bu prosesdə Azərbaycanın tranzit imkanları, Türkiyənin geniş iqtisadi potensialı, Mərkəzi Asiyadövlətlərinin təbii resursları artan bazar imkanları bir-birini tamamlayan amillər kimi çıxış edə bilər.

Türk dünyasının gücü yalnız ortaq tariximizdə deyil, bu ortaq tarixdən müasir əməkdaşlıq üçün istifadə etməkbacarığındadır.

Bu gün Bakıdan verilən mesaj da məhz budur: Türkdövlətləri arasında siyasi etimad, iqtisadi əməkdaşlıq, təhlükəsizlik dialoqu, nəqliyyat enerji əlaqələri qədərinkişaf edərsə, ortaq potensialın beynəlxalq müstəvidəreallaşdırılması üçün imkanlar da bir o qədər genişlənər. Azərbaycanın TDT- üzv ölkələrlə fəal əməkdaşlığı bubaxımdan həm ölkəmizin xarici əlaqələrinin, həm Türkdünyasının qarşılıqlı fəaliyyətinin mühüm istiqamətlərindənbiri olaraq qalır.

Azərbaycanın Türk dünyası ilə əməkdaşlığı tarixdəngüc alan, bu günü konkret layihələrlə möhkəmləndirən gələcəyə hesablanan çoxşaxəli münasibətlər sistemidir.

Bayram Xudayarov,
Elm Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,Heydər Əliyev məktəbinin davamçılarıFeysbukqrupunun təsisçisi rəhbəri, YAP-ın fəal üzvü

Oxşar Xəbərlər

Back to top button