
Azərbaycan həm özünün zəngin karbohidrogen ehtiyatları ilə dünya iqtisadiyyatını və enerji bazarını təmin edən aparıcı ölkələrdən biridir, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında əvəzsiz tranzit habı rolunu oynayır. Xəzər vasitəsilə həyata keçirilən bu tranzit imkanları Türk dövlətlərinin iqtisadi müstəqilliyini möhkəmləndirir, eyni zamanda onları qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirir. Müasir dünyada bir çox inkişaf etmiş ölkələrin əhalisinin qocalması və işçi qüvvəsinin azalması fonunda, Türk dövlətlərinin əhalisinin gənc və demoqrafik artımının müsbət olması böyük bir üstünlükdür. Bu gənc və dinamik resurs həm iqtisadiyyatın müxtəlif sahələrində, həm də müdafiə və texnologiya sektorlarında Türk dünyasının gələcək inkişafının əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Azərbaycan həm özünün zəngin karbohidrogen ehtiyatları ilə dünya iqtisadiyyatını və enerji bazarını təmin edən aparıcı ölkələrdən biridir, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında əvəzsiz tranzit habı rolunu oynayır. Xəzər vasitəsilə həyata keçirilən bu tranzit imkanları Türk dövlətlərinin iqtisadi müstəqilliyini möhkəmləndirir, eyni zamanda onları qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirir. Türk dünyasının inteqrasiyasında ikitərəfli strateji müttəfiqliklər xüsusi rol oynayır. Azərbaycanın Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalaması iki ölkə arasındakı qardaşlıq münasibətlərini ən yüksək zirvəyə qaldırmışdır. Bu addım həm də Türk Dövlətləri Təşkilatının ümumi birliyinə və siyasi həmrəyliyinə verilən böyük töhfədir.
Müasir geopolitik reallıqlarda təhdidlərin və çağırışların xarakteri sürətlə dəyişir. Belə bir şəraitdə təhlükəsizlik və kəşfiyyat strukturlarının birgə, koordinasiyalı fəaliyyəti müstəsna önəm daşıyır. Mövcud zəif yerlərimizin harada olduğunu dəqiq müəyyən etmək, boşluqları samimiyyətlə təhlil etmək və onların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atmaq ümumi təhlükəsizlik sisteminin gücləndirilməsi üçün çox faydalı olacaqdır. Kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, terrorizmlə effektiv fəaliyyət və regional sabitliyin qorunmasında operativ təcrübə və məlumat mübadiləsi hər bir üzv dövlətin suverenliyi üçün həyati əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin qeyd etdiyi bu strateji məqamlar göstərir ki, Türk dünyası yalnız tarixi və mədəni köklərlə deyil; enerji, demoqrafiya, iqtisadiyyat və təhlükəsizlik kimi real və möhkəm sütunlar üzərində birləşir. Türk Dövlətləri Təşkilatı atılan bu addımlarla 21-ci əsrin ən nüfuzlu və güclü regional güc mərkəzlərindən birinə çevrilməkdədir.
Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının mühasibi



