Siyasət
Ermənistan Azərbaycanda Yevlaxı Naxçıvanla birləşdirən qaz kəmərini sıradan çıxarıb
Ermənistan Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilib.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başlaması ilə bağlı açıqlamasında qeyd edilib.
Bu arbitraj işinin məqsədi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir.