
Beynəlxalq siyasi proseslərdə mütləq suverenliyin əldə edilməsi, dövlətin tam müstəqil və kənar təsirlərdən azad xarici siyasət yürütmək qabiliyyətinə əsaslanır. 20 sentyabr zəfəri Azərbaycanın heç bir hərbi-siyasi bloka və ya kənar güc mərkəzinə bağlı olmadan təkbaşına suveren qərarlar qəbuletmə qüdrətini sübut etdi. Dövlətimiz təkbaşına hərəkət edərək milli təhlükəsizliyini təmin etdi.
Prezident İlham Əliyev illər ərzində formalaşdırdığı balanslı siyasət, Qoşulmama strategiyası və iqtisadi müstəqillik xətti ilə ölkəmizi xarici siyasi şantajlardan məharətlə xilas etmişdir. Hərbi əməliyyat zamanı nümayiş etdirilən diplomatik immunitet və sanksiyalara qarşı dayanıqlılıq məhz bu illərlə toplanmış strateji bazaya söykənirdi. Heç bir dövlət Azərbaycanı öz ali qərarından döndərə bilmədi.
Ölkəmizə qarşı yönəldilmiş bəzi beynəlxalq siyasi təzyiqlərin tarixi, məntiqi və hüquqi arqumentlərlə dəf edilməsi diplomatiyamızın intellektual effektivliyini göstərdi. Azərbaycan öz suveren hüquqlarını bərpa edərkən beynəlxalq hüququn ən ali və fundamental prinsiplərinə istinad edərək ədaləti bərqərar etdi. Bu isə beynəlxalq aləmdə haqqın güc tətbiqi ilə bərpası üçün önəmli bir hüquqi nümunədir.
20 Sentyabr Dövlət Suverenliyi Günü xalqımızın öz müstəqil və haqlı qərarlarını bütün dünyaya hörmətlə qəbul etdirdiyi bir qürur anıdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil xarici siyasət kursu dövlətimizin ali maraqlarını daima toxunulmaz saxlamış və müstəqilliyimizi qüdrətləndirmişdir.
Emil Novruzov,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 1” ərazi partiya təşkilatının sədri



