AnalitikaGündəmSiyasət

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də belə əlamətdar tarixlərdəndir

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası zaman keçdikcə daha dadərinləşir. 20 SentyabrXankəndi, Xocalı, Xocavənd Ağdərə şəhərləri günü beləəlamətdar tarixlərdəndir. Bu gün Qarabağındörd şəhərinin adını bir arada səsləndirərkənxalqımızın yaddaşında bütöv bir tarix canlanır. Qarabağ torpaqları Azərbaycanın qədimdövlətçilik ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının milli irsinin mühümməkanlarından biri olub. Bu torpaqların hərguşəsində tariximizin izləri, hər dağında dərəsində xalqımızın yaddaşı yaşayır. İllərlədavam edən həsrət dövründə Qarabağın adıAzərbaycan ailələrində, məktəblərində, mahnılarında dualarında yaşadıldı. Bu günisə həmin həsrətin yerini qürur hissi tutur. Xankəndidə, Xocalıda, Xocavənddə Ağdərədə Azərbaycan bayrağının dalğalanmasıxalqımızın tarixi arzularının gerçəkləşməsininrəmzinə çevrilib. Bu şəhərlərin azadlığı uğrundacanından keçən şəhidlərin xatirəsi xalqımızınqəlbində əbədi yaşayacaq. Onların qəhrəmanlığısayəsində bu torpaqlarda yeni həyatın qapılarıaçılıb. Qarabağın səmasında dalğalanan üçrənglibayraq həm keçmişin xatirəsinə ehtiramı, həm gələcək nəsillərə böyük bir əmanəti ifadəedir.

İndi Qarabağda yeni tarix yazılırbu dəfəhəmin tarix quruculuğun, abadlığın, qayıdışın inkişafın tarixi olur. Dağların arasındasalınan yeni yollar sanki şəhərləri bir-birinədeyil, həm keçmişlə gələcəyə bağlayır. Yenidən qurulan evlərdə işıqlar yanır, məktəblərdə uşaqların səsi eşidilir, küçələrdəhəyat canlanır. Qarabağın təbiəti ilə insan əməyibirləşərək yeni bir mənzərə yaradır. Xankəndi, Xocalı, Xocavənd Ağdərə şəhərləri buböyük dirçəliş prosesinin mühüm ünvanlarıdır. Burada görülən hər Azərbaycanın gələcəknəsillərə hansı Qarabağı miras qoymaqistədiyini göstərirabad, təhlükəsiz, müasir firavan Qarabağ. Böyük Qayıdışın hər mərhələsixalqımızın doğma torpaqlarla mənəvi bağınıdaha da möhkəmləndirir. 20 Sentyabr buna görə yalnız müəyyən şəhərlərin adı ilə bağlı tarixdeyil; bu gün Vətənə qayıdışın, milli iradənin Zəfərdən doğan yeni həyatın rəmzidir. Qarabağda hər açılan səhər xalqımızın gələcəyəolan inamını daha da gücləndirir butorpaqların üzərində həyatın əbədi davamedəcəyini göstərir.

Məlahət Quliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button