20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd vəAğdərə şəhərləri günü Azərbaycan xalqınınyaddaşında böyük Zəfərin yaratdığı yeni tariximərhələnin rəmzlərindən biri kimi yaşayır. Bugünün hər birimiz üçün özünəməxsus mənəvianlamı vardır. Çünki söhbət yalnız dörd şəhərinadından getmir. Söhbət illər boyu ürəklərdəyaşadılan Vətən həsrətindən, doğma torpaqlaraqayıdış arzusundan, tarixi yaddaşınqorunmasından və gələcək nəsillərə bütövAzərbaycan mirasının ötürülməsindən gedir. Xankəndi Qarabağın ürəyində yerləşən mühümşəhərlərdən biri kimi Azərbaycanın tarixi vəmədəni həyatında xüsusi yer tutur. Xocalınınadı xalqımızın yaddaşında dərin izlər buraxmışfaciəli hadisələrlə yanaşı, bu gün yenidəndirçəliş və ümid duyğuları ilə səslənir. Xocavəndin və Ağdərənin hər bir daşı isə butorpaqların qədim Azərbaycan tarixinin şahidikimi öz yaddaşını qoruyur. İllər boyu butorpaqlara həsrətlə baxan insanların arzusu bugün reallığa çevrilib. Azərbaycan əsgərininqəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı vədövlətimizin qətiyyətli siyasəti nəticəsindəQarabağın şəhərlərində yeni bir səhər açılıb. Busəhər təkcə günəşin doğuşu deyil, həm də yenihəyatın başlanğıcıdır.
Qarabağ bu gün böyük bir quruculuq meydanınaçevrilib. Dağların qoynunda yollar çəkilir, şəhərlərin siması yenilənir, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosialobyektlər inşa olunur. Hər yeni tikili, hərabadlaşdırılan küçə, hər çəkilən yol BöyükQayıdışın böyük mənzərəsinin bir parçasıdır. Ən böyük dəyişiklik isə doğma torpaqlarındanayrı düşmüş insanların öz yurdlarınaqayıtmasıdır. İnsan doğulduğu torpağınhavasını, suyunu, küçəsini və dağını illər keçsəbelə unutmur. Bu səbəbdən Qarabağa qayıdışsadəcə fiziki qayıdış deyil, həm də yaddaşın, ümidin və mənəvi bağlılığın öz doğma ünvanınaqayıdışıdır. Xankəndi, Xocalı, Xocavənd vəAğdərə şəhərlərinin gələcəyi artıq yeni inkişaf, tərəqqi və firavanlıq səhifələri ilə yazılır. 20 Sentyabrın şəhərlər günü kimi qeyd olunması dabu yeni həyatın, yeni başlanğıcın və gələcəyəaçılan ümid qapılarının ifadəsidir. Qarabağdahər yeni gün Azərbaycanın Zəfər tarixiniquruculuq salnaməsi ilə tamamlayır.
Firuzə Yariyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



