AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçın: azadlığın və Böyük Qayıdışın ünvanı

26 Avqust Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Laçının işğaldan azad olunaraq öz doğma sakinlərinə qovuşmasının, illərlə davam edən həsrətin sona çatmasının göstəricisidir. Laçın uzun illər ərzində yalnız coğrafi məkan deyil, xalqımızın qəlbində yaşatdığı bir ümid idi. İşğal illərində doğma yurdlarından ayrı düşmüş laçınlıların arzusu bir gün öz evlərinə, küçələrinə, torpaqlarına qayıtmaq idi.

Bu arzu Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçdi. 2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına yol açdı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, Laçının tarixində yeni bir səhifə açıldı. Bu gün Laçında həyat yenidən canlanır.

Yeni yollar, yaşayış məhəllələri, sosial müəssisə inşa olunur. Şəhər tarixinin qorunması ilə yanaşı müasir inkişafı da təmin edilir. Ən böyük qələbə isə Laçınlıların doğma yurdlarına qayıtmasıdır. Vaxtilə həsrətlə xatırlanan küçələrdə bu gün uşaqların səsi eşidilir. Laçının dirçəlişi həm də Azərbaycanın Böyük Qayıdış siyasətinin diqqətəlayiq nümunələrindən biridir. Bu torpaqlarda yenidən həyatın qurulması, insanların öz doğma yurdlarında məskunlaşması Böyük Zəfərin davamıdır.

26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirəm! Qoy Laçının dağlarında həmişə Azərbaycan bayrağı dalğalansın, küçələrində həyat və sevinc heç vaxt əskik olmasın.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button