AnalitikaDünyaGündəmSiyasət

Qlobal Platformalarda Birgə Dəstək və Təhlükəsizlik Əməkdaşlığı

Beynəlxalq arenada baş verən mürəkkəb siyasi proseslər fonunda Azərbaycan və Qırğızıstanın vahid mövqedən çıxış etməsi strateji müttəfiqliyin ən mühüm göstəricisidir. Səfər zamanı dövlət başçısı tərəfindən xüsusi vurğulandı ki, iki dövlət beynəlxalq platformalarda bir-birini bundan sonra da daim və qətiyyətlə dəstəkləyəcək. Bu siyasi həmrəylik beynəlxalq təşkilatlarda ortaq maraqlarımızın müdafiəsi üçün əvəzolunmazdır.
Eyni zamanda, ölkələrimiz arasında təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qurulan işbirliyi böyük əhəmiyyət kəsb edir. Birgə atılan addımlar və imzalanan müvafiq sənədlər hər iki dövlətin suverenliyinin, ərazi bütövlüyünün və sabitliyinin qorunması məqsədinə xidmət edir.
Müttəfiqlik münasibətlərinin doğurduğu bu böyük məsuliyyət hər iki tərəfdən inamla qəbul edilir. Bütün təşəbbüslərdə qardaşlıq prinsipi ilə çıxış edən Azərbaycan və Qırğızıstan beynəlxalq hüququn və ədalətin bərqərar olunması istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button