AnalitikaGündəmSiyasət

Vüsar İsmayılov: “Ana dilimizi qorumalı, yaşatmalı və təbliğ etməliyik”

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyətHeydər Əliyev həm SSRİ, həm müstəqilAzərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlər millimaraqlarımızın, milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılması, yaşadılması təbliğ edilməsi, gələcəknəsillərə çatdırılması istiqamətində yorulmaz fəaliyyətgöstərib. Bu ali məqsəd ulu öndər Heydər Əliyevinsiyasi fəaliyyətinin əsasını təşkil edib dövlətsiyasətinin prioritetlərindən biri olub. Bu, dahişəxsiyyət Heydər Əliyevin yüksək vətənpərvərliyində, Azərbaycançılıq məfkurəsindən doğan fəaliyyətindəözünü açıq büruzə verib. Ana dilimizə məhəbbətixüsusilə seçilib hər bir azərbaycanlı üçün əslnümunə olub. Tarixi çıxışları sübut edir ki, ümummillilider Heydər Əliyev hər zaman ana dilimiz haqqındadanışarkən onu yüksək tərənnüm edərək doğmadilimizi milli sərvətimiz adlandırırdı. Xalqın millikimliyini özündə daşıyan, tarixin ağır sınaqlarındançıxmış ana dilimiz ən böyük zənginliyimizdir. Bu günqürurla deyə bilərik ki, qalib ölkənin qalib vətəndaşlarıolaraq öz zəngin söz bazası, ifadə tərzi ilə seçilən millidilimizi dünyaya tanıtmaq missiyasını uğurla həyatakeçiririk. Bu müqəddəs tarixi, siyasi missiyanın əsasınıisə məhz ulu öndərimiz Heydər Əliyev qoyub.

Ulu öndərin dövlətimiz xalqımız qarşısındaxidmətləri danılmazdır. Onun uzaqgörən siyasətinəticəsində müstəqil dövlətimiz bütün sahələrdəuğurlara imza atıb. Azərbaycanın tarixi dəyərləri, anadilimiz, mədəniyyətimiz, ədəbiyyatımız isə sözün əslmənasında özünün intibah dövrünü yaşayıb. Ümummilli liderimiz tərəfindən əsası qoyulan bu siyasistrategiya bu gün dövlət başçısı cənab İlhamƏliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə milli maraqlarımıza tam cavab verərək məqsədyönlüislahatlarla davam etdirilir.

Vurğulamaq lazımdır ki, ulu öndər Heydər ƏliyevinSSRİ dövründə üzləşdiyi bütün təzyiqlərə və təhlükələrə baxmayaraq Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə bağlı irəli sürdüyü təşəbbüs olduqca əhəmiyyətli tarixi və siyasi hadisə idi. SSR-nin ali qanunlar toplusunda Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapması ulu öndərimizin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biridirbu, ana dilimizin, milli kimliyimizin təsdiqidir. Vətənə, millətə və tarixi kökümüzə, milli-mənəvi dəyərlərimizəsadiqliyi hər zaman nümunə olan ümummilli liderimiz Heydər Əliyevin ana dilimizi kənar təsirlərdən və təzyiqlərdən qoruması, bu dəyərləri müdafiə etməsitəbliğ etməsi çox böyük tarixi, siyasi bir missiyadır. Bu müqəddəs missiya uzun illər müstəqil dövlətimizin və xalqımızın tarixinə işıq tutmuş, ulu öndəri milli dəyərlərimizin əsl hamisinə çevirmişdir.

Gələcək nəsillərimizə örnək olacaq bu tarixi təşəbbüsün nəticəsi olaraq Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin əhəmiyyəti tariximizdə ana dilimizin inkişafına və yayılmasına gətirib çıxarmışdır.Sonrakı tarixi mərhələlərdə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ana dilimiz öz rəsmi hüquqi statusuna qovuşmuşdur. Belə ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Dahi şəxsiyyət anadilimizlə daim fəxr etdiyini, dilimizin dünyanın ən zəngin dillərindən biri olduğunu və bu dildədanışmaqdan böyük qürur duyduğunu bildirirdi.

Vüsar İsmayılov,
Yeni Azərtbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button