
Müasir dünyada beynəlxalq nəqliyyat dəhlizləri ölkələrin iqtisadi inkişafında və regional əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Coğrafi mövqeyi və həyata keçirdiyi uğurlu infrastruktur layihələri sayəsində Azərbaycan bu sahədə aparıcı ölkələrdən birinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən irimiqyaslı layihələr nəticəsində Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirib. Müasir avtomobil yolları, dəmir yolu şəbəkəsi, dəniz limanları və logistika mərkəzləri ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı da nəqliyyat və bağlantı məsələləri əsas müzakirə mövzularından biri oldu. Bu, Azərbaycanın regionda etibarlı tərəfdaş kimi rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Ölkəmiz tranzit imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq ticarətin sürətlənməsinə və iqtisadi əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradır.
Görülən işlər bir daha sübut edir ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti uzaqgörən strategiyaya əsaslanır. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə də xidmət edir.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



