
2026-cı il mayın 18-də Bakı şəhəri dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdi. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş məzmunlu çıxış edərək müasir şəhərsalma, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri barədə mühüm fikirlər səsləndirdi. Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasını, urbanizasiya sahəsində həyata keçirilən islahatları və ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi.Dövlət başçısı çıxışında qeyd etdi ki, müasir dövrdə şəhərsalma yalnız binaların və yolların tikilməsi ilə məhdudlaşmır. Şəhərsalma insanların rahat yaşayışını təmin edən, ekoloji tarazlığı qoruyan, sosial rifahı yüksəldən və iqtisadi inkişafı stimullaşdıran kompleks bir yanaşmadır. Prezident vurğuladı ki, Azərbaycan son illərdə bu istiqamətdə böyük uğurlar əldə edib və xüsusilə Bakı şəhərinin siması tamamilə dəyişib.
Prezident Bakı şəhərinin beynəlxalq tədbirlərin keçirildiyi müasir mərkəzə çevrildiyini diqqətə çatdırdı. Bildirildi ki, paytaxtda həyata keçirilən infrastruktur layihələri, yeni parklar, nəqliyyat sistemləri, yaşıllıq zonaları və sosial obyektlər şəhərin dayanıqlı inkişafına mühüm töhfə verir. Bakı bu gün yalnız regionun deyil, dünyanın mühüm siyasi, iqtisadi və humanitar tədbirlərinə ev sahibliyi edən şəhərlərdən biri kimi tanınır.Çıxış zamanı azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri xüsusi vurğulandı. Prezident qeyd etdi ki, uzun illər işğal altında qalan ərazilər tamamilə dağıdılmış, şəhərlər və kəndlər viran edilmişdir. Lakin Azərbaycan dövləti qısa müddət ərzində həmin ərazilərdə geniş yenidənqurma layihələrinə başlayıb. Müasir şəhərsalma prinsipləri əsasında hazırlanan baş planlar artıq bir sıra şəhərlərdə uğurla icra olunur.Dövlət başçısı xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqindən danışdı. Bu layihələrin əsas məqsədinin müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, ekoloji mühitin qorunması və vətəndaşlara yüksək yaşayış standartlarının təmin olunması olduğu bildirildi. Prezident vurğuladı ki, azad edilmiş ərazilər dünyanın ən müasir və ekoloji baxımdan təmiz yaşayış məkanlarından birinə çevriləcək.
Prezident Azərbaycan yaşıl enerji siyasətinə də toxundu. O qeyd etdi ki, ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırır və yeni şəhərsalma layihələrində ekoloji standartlar əsas prioritet kimi qəbul edilir. Günəş və külək enerjisindən istifadə, enerji effektiv binaların inşası və ekoloji nəqliyyat sistemlərinin yaradılması gələcək strategiyanın mühüm istiqamətlərindəndir.Çıxışda beynəlxalq əməkdaşlıq məsələlərinə də geniş yer verildi. Prezident bildirdi ki, qlobal çağırışların həlli üçün dövlətlər arasında əməkdaşlıq olduqca vacibdir. Şəhərlərin sürətli inkişafı, iqlim dəyişiklikləri və urbanizasiya ilə bağlı problemlər yalnız birgə fəaliyyət nəticəsində həll edilə bilər. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirildi.
Forum iştirakçıları Prezident İlham Əliyevin çıxışını böyük maraqla qarşılayaraq Azərbaycanın həyata keçirdiyi şəhərsalma siyasətini yüksək qiymətləndirdilər. Xarici qonaqlar xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin miqyasını və qısa müddətdə görülən işləri diqqətəlayiq hesab etdilər.Prezident çıxışında insan amilinin hər zaman dövlət siyasətinin mərkəzində dayandığını vurğuladı. O qeyd etdi ki, bütün layihələrin əsas məqsədi vətəndaşların rifahını yüksəltmək, təhlükəsiz və rahat yaşayış mühiti formalaşdırmaqdır. Müasir şəhərsalma yalnız iqtisadi deyil, həm də sosial və mədəni inkişafı təmin etməlidir.
Sonda Prezident İlham Əliyev forumun işinə uğurlar arzuladı və belə beynəlxalq tədbirlərin gələcək əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi. Onun çıxışı Azərbaycanın müasir inkişaf modelini, şəhərsalma sahəsində qazandığı nailiyyətləri və gələcəyə yönəlmiş strateji baxışını bir daha dünya ictimaiyyətinə təqdim etdi.
Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi



