AnalitikaGündəmİdman

İlham Əliyevin güləşçilərlə görüşü, Azərbaycan idmanına verilən yüksək dəyərin göstəricisi

Azərbaycan dövləti idmanın inkişafını hər zaman prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Xüsusilə güləş ölkəmizdə ənənəsi, nailiyyətləri və yetişdirdiyi çempionları ilə seçilən idman növlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin milli güləşçilərlə görüşü ölkədə idmana göstərilən diqqət və qayğının növbəti nümunəsi kimi böyük maraq doğurmuşdur.

Görüş zamanı beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil edən idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Prezident idmançıların əldə etdikləri yüksək nəticələri xüsusi qeyd edərək onların qələbələrinin yalnız idman sahəsində deyil, həm də ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadığını vurğulamışdır.

Çıxışı zamanı dövlət başçısı Ilham Əliyevin Azərbaycan güləş məktəbinin zəngin ənənələrə malik olduğunu, bu ənənələrin yeni nəsil idmançılar tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O, gənc güləşçilərin əzmkarlığını, vətənpərvərlik ruhunu və qələbəyə olan inamını yüksək qiymətləndirmişdir.

Son illərdə Azərbaycan güləşçilərinin beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında qazandıqları uğurlar ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir. Bu uğurların arxasında idmançıların uzunmüddətli əməyi, peşəkar məşqçi heyətinin fəaliyyəti və dövlət tərəfindən yaradılmış müasir idman infrastrukturu dayanır. Prezidentlə keçirilən görüş də bu əməyin yüksək səviyyədə qiymətləndirildiyini bir daha nümayiş etdirmişdir.

Belə görüşlər yalnız əldə olunmuş nəticələrin qeyd olunması ilə məhdudlaşmır, eyni zamanda gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Gənc idmançılar üçün dövlət başçısının diqqəti böyük stimul rolunu oynayır, onların beynəlxalq arenalarda daha böyük uğurlara imza atmaq əzmini gücləndirir. Bu isə Azərbaycan idmanının gələcək inkişafı və yeni çempionların yetişməsi üçün möhkəm zəmin yaradır.

Görüşdə idmançılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək gələcək yarışlarda da Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq üçün bütün güclərini səfərbər edəcəklərini qeyd etmişlər.

Bu görüş bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin vacib tərkib hissəsidir. Güləşçilərlə keçirilən bu görüş həm idmançılar üçün böyük motivasiya mənbəyi olmuş, həm də gənc nəslin idmana marağının artırılmasına mühüm töhfə vermişdir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button