AnalitikaGündəmSiyasət

04 may 2026-da Siyəzəndə “Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda açıq dərslərin yekunu keçirildi

Açıq dərslər çərçivəsində Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin 10 və 11-ci sinif şagirdləri fəal iştirak etmiş, ümummilli lider Heydər Əliyevin həyat yolu, zəngin dövlətçilik fəaliyyəti və müasir Azərbaycanın formalaşmasındakı əvəzsiz rolu barədə geniş məlumat əldə etmişlər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva və Siyəzən Rayon Təhsil Sektorunun müdiri Elşad Sultanov çıxış edərək Ulu Öndərin dövlətçilik irsi, müstəqilliyimizin qorunması və ölkəmizin davamlı inkişaf strategiyasının əsaslarının məhz onun tərəfindən müəyyən edildiyini vurğulamışlar.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasət və bu gün də aktuallığını qoruyan ideyaları xüsusi qeyd olunmuşdur.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Tağıyev tərəfindən şagirdlər üçün ekskursiya təşkil olunmuş, mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələr haqqında ətraflı məlumat verilmişdir.

Dərs tarix müəllimi Abdullayev Yalçın tərəfindən aparılmış, mövzu ətrafında şagirdlərlə interaktiv müzakirələr keçirilmiş, onların bilik və dünyagörüşünün daha da genişləndirilməsinə şərait yaradılmışdır.

Sonda Siyəzən rayonunun ümumtəhsil məktəblərinin müəllimləri açıq dərslərdə fəal iştirak etdiklərinə görə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının fəxri fərmanları ilə təltif olunmuşlar.

Oxşar Xəbərlər

Back to top button