
Tiranada keçirilən Avropa Güləş Çempionatında Azərbaycan milli komandasının qazandığı tarixi qələbəni ifadə edir. Azərbaycan güləşçiləri həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə komanda hesabında Avropa çempionu olaraq “qızıl dubl” ediblər.Sərbəst güləş yığması 152 xalla (Gürcüstanı 58 xal qabaqlayaraq) 6-cı dəfə qitənin ən güclüsü olub.Azərbaycan çempionatı ümumilikdə 13 medal (o cümlədən sərbəst güləşdə 3 qızıl, 2 gümüş, 1 bürünc) ilə başa vurub. Sərbəst güləşçilərin medal keyfiyyəti son 17 ilin (2009-cu ildən bəri) ən yüksək göstəricisidir.
Azərbaycanın müasir dövlət siyasəti “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər” və “2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası” sənədlərinə əsaslanır. Bu strategiya ölkənin həm daxili, həm də xarici siyasətini əhatə edən bir neçə sütun üzərində qurulub. İdman bu dövlət siyasətinin ayrılmaz bir hissəsidir. İdman birbaşa olaraq milli prioritetlərdə qeyd olunan bir neçə strateji hədəfə xidmət edir.
İlk növbədə Rəqabətli insan kapitalı kimi dəyərləndirilənstrateji hədəf sağlam nəsil yetişdirmək üçün idmanın əsas vasitə olmasıdır. Dövlət idmanı təkcə medallar üçün deyil, həm də əhalinin fiziki sağlamlığı və genofondun qorunması üçün dəstəkləyir.
“Böyük Qayıdış” strateji hədəfi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması planında idman infrastrukturunun xüsusi yer tutmasını vurğulayır. Məsələn, Ağdamda “İmarət” stadionunun və digər şəhərlərdə idman komplekslərinin tikilməsi həmin bölgələrin sosial canlanması üçün vacibdir.
Üçüncü strateji hədəf Beynəlxalq nüfuzdur. İdman Azərbaycanın dünyada müsbət imicini formalaşdıran “yumşaq güc” (soft power) alətidir. Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi bu siyasətin uğurunun birbaşa göstəricisidir.
İctimai həmrəylik və vətənpərvərlik kimi yer alan strateji hədəf beynəlxalq arenalarda qaldırılan dövlət bayrağının və səslənən himnin cəmiyyətdə milli birliyi və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməsini vurğulayır.
Qısacası, idman Azərbaycanda sadəcə yarış deyil, milli inkişafın və sağlam gələcəyin təminatı kimi strateji bir sahədir.
İdman üzrə dövlət siyasətinin əsas sütunlarından danışarkən bir neçə məsələyə toxunmaq vacibdir.
İnstitusional və Hüquqi Baza olaraq bu sahə üzrə siyasət 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında” qanun və mütəmadi qəbul edilən dövlət proqramları (məsələn, “Azərbaycan gəncliyi 2017-2021”) bu sahənin inkişafını tənzimləyir.
İnfrastrukturun İnkişafına nəzər yetirsək, görərik k, ölkə üzrə beynəlxalq standartlara cavab verən 46 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hazırda işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun bərpası çərçivəsində fundamental işlər görülür.
Ağdamda Yeni “İmarət” stadionunun təməli 19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Hazırda təməl hissədə torpaq işləri və dəmir-beton konstruksiyaların quraşdırılması aparılır. Tikinti işlərinin 2028-ci ildə yekunlaşdırılması və kompleksin tam istifadəyə verilməsi planlaşdırılır. 11 700 tamaşaçı tutumuna malik olacaq stadion UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilir. Stadion ərazisi həm də şəhər sakinləri üçün park funksiyasınıyerinə yetirəcək.
Füzuli Olimpiya İdman Kompleksinin təməli 16 oktyabr 2023-cü il tarixində qoyulmuşdur. Kompleksin inşası “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Tikinti işlərihazırda davam edir. Qeyd edək ki, Füzuli rayonunun Horadizşəhərində 2010-cu ildən fəaliyyət göstərən köhnə OlimpiyaKompleksi mövcud olsa da, yeni kompleks birbaşa Füzuli şəhərmərkəzində 17 hektar ərazidə daha geniş imkanlarla (universalzallar, üzgüçülük hovuzu və s.) inşa edilir.
Bu layihələrin tamamlanması həm peşəkar idmançıların, həm də doğma torpaqlarına qayıdan sakinlərin idmana əlçatanlığını təmin edəcək.
İşğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Xankəndi və Şuşada idman infrastrukturunun bərpası və inşası üzrə işlər dövlət proqramına uyğun olaraq sürətlə davam etdirilir:
Xankəndi Şəhər Stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərə 18 iyul 2025-ci il tarixində başlanılıb. Hazırda stadion ərazisində tribunaların, meydançanın və daxili otaqların müasir standartlara uyğunlaşdırılması istiqamətində aktiv işlər gedir. Stadionda təmir işlərinin 2026-cı ilin may ayının sonuna qədər başa çatdırılması gözlənilir. Əvvəlki planlara görə işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulsa da, hazırda prosesin mayın sonunda bitəcəyi bildirilir. Layihənin ümumi dəyəri təxminən 9,9 milyon manat təşkil edir. Stadionbeynəlxalq standartlara cavab verəcək və bərpadan sonra yerliklubların istifadəsinə veriləcək.
Şuşada planlaşdırılan idman obyektləri haqqında deyə bilərik ki,Şuşa şəhəri hələlik iri idman komplekslərinin inşasından daha çox beynəlxalq yarışların (məsələn, beynəlxalq şahmat yarışı) keçirildiyi məkan kimi çıxış edir. Şəhərin baş planına uyğun olaraq, infrastruktur layihələri çərçivəsində müasir idman meydançaları və sağlamlıq obyektlərinin inşası nəzərdə tutulub. Hazırda Şuşada əsas diqqət yaşayış binalarının və tarixi abidələrin bərpasına yönəlsə də, sosial infrastrukturun bir hissəsi kimi idman qurğularının tikintisi də gündəlikdədir.Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilməsi şəhərdə turizm ilə yanaşı, aktiv asudə vaxt və idman imkanlarının da genişləndirilməsinisürətləndirəcək.
Bundan əlavə, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları üçün baza yaradılıb və bu ərazilər su idman növləri üzrə mərkəzə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmançılara göstərdiyi şəxsi diqqət ölkədə idmanın inkişafını təşviq edən ən mühüm amillərdən biridir. Bu diqqət özünü bir neçə əsas istiqamətdə büruzə verir. Belə ki, qələbədən dərhal sonra qalib idmançılara şəxsi təbriklərin ünvanlanması,idmançıların və onların məşqçilərinin Prezident tərəfindən qəbul edilməsi, idmançıların və mütəxəssislərin Azərbaycanın ali orden və medalları (məsələn, “Şöhrət” ordeni, “Tərəqqi” medalı), həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmələri bir ənənə halını alıb.
Prezidentin sərəncamları ilə görkəmli idmançılara və məşqçilərə mənzillərin verilməsi, onların məişət qayğılarının dövlət tərəfindən qarşılanması bu sahəyə verilən qiymətin əyani sübutudur. İdman sahəsində xüsusi xidmətləri olan veteran idmançılar və hazırda karyerasını davam etdirən çempionlar üçün xüsusi aylıq təqaüdlər müəyyən edilmişdir ki, bu da onların peşəkar fəaliyyətə fokuslanmasına kömək edir.
İlham Əliyev bir çox mühüm beynəlxalq yarışları (məsələn, Bakıdakı Formula 1, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları) tribunadan izləyərək idmançılara canlı dəstək verir.
Bu yanaşma idmançılarda böyük məsuliyyət hissi yaratmaqla yanaşı, onlara dövlətin hər zaman yanlarında olduğunu hiss etdirir və gənc nəsil üçün böyük stimula çevrilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 aprel 2026-cı il tarixində Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçiləri, həmçinin medal qazanmış qadın idmançıları və onların məşqçilərini qəbul etməsi idmana göstərilən dövlət qayğısının növbəti bariz nümunəsidir. Komanda hesabında Avropa çempionu titulunun qazanılması ölkədə həyata keçirilən uğurlu idman siyasətinin sistemli və ardıcıl xarakter daşıdığını göstərən mühüm hadisə kimi dəyərləndirilir.
Prezidentin qeyd etdiyi kimi, “İdman hər bir ölkənin qüdrətini nümayiş etdirir”. Bu siyasət Azərbaycanın təkcə idman arenasında deyil, həm də ümumi inkişaf səviyyəsində liderliyini təmin edir.
Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk Partiya Təşkilatının sədri



