AnalitikaGündəmSiyasət

Bakıda mühüm dialoq: Azərbaycan–Çexiya əməkdaşlığının yeni istiqamətləri

Azərbaycan–Çexiya münasibətlərinin müasir mərhələsi2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziriAndrey Babişin Azərbaycana səfəri ilə yeni mərhələyəqədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimiqiymətləndirilə bilər. Bu səfər təkcə cari diplomatikmünasibətlərin deyil, həm də uzunmüddətli geosiyasiiqtisadi əməkdaşlıq perspektivlərinin göstəricisikimi çıxış edir. İlk görüşün məhsuldar keçməsi tərəflər arasında qarşılıqlı maraqetimadın yüksək səviyyədəolduğunu göstərir.

      Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişafıxüsusilə son illərdə daha intensiv xarakter almışdır. Fəal siyasi dialoq anlayışı münasibətlərin artıq klassikdiplomatik çərçivədən çıxaraq daha sistemlistratejimahiyyət kəsb etdiyini göstərir. Tarixi baxımdanAzərbaycan üçün Avropa ilə enerjitəhlükəsizliksahələrində əməkdaşlıq prioritet olmuşdurÇexiyailə əlaqələrin genişlənməsi bu siyasətin tərkib hissəsikimi qiymətləndirilə bilər.

     İqtisadi sahədə mühüm nailiyyətlər əldə edilsə də, mövcud ticarət dövriyyəsinin əsasən enerji ixracınasöykənməsi onun struktur baxımından balanslıolmadığını göstərir. 800 milyon dollardan artıq ticarətdövriyyəsi müsbət göstərici olsa da, bu əlaqələrin dahadayanıqlı olması üçün iqtisadiyyatın şaxələndirilməsivacibdir. Bu baxımdan biznes forumlarıinvestisiyayönümlü layihələr iqtisadi əməkdaşlığın genişlənməsiüçün mühüm platforma rolunu oynayır.

     Energetika sektoru iki ölkə arasında münasibətlərinəsas istiqamətlərindən biridir. Azərbaycan neftininÇexiyanın enerji balansında mühüm yer tutması buəməkdaşlığın praktiki əhəmiyyətini artırır. Eyni zamanda Azərbaycanın Avropanın enerjitəhlükəsizliyində oynadığı rol onun beynəlxalq mövqeyini gücləndirir. Azərbaycan qazının artıq bir çox Avropa ölkələrinə ixrac edilməsi ölkənin etibarlıtərəfdaş kimi qəbul olunmasını şərtləndirir.

     Müdafiə sənayesi sahəsində əməkdaşlıqdövlətlərarası münasibətlərdə qarşılıqlı etimadıngöstəricisidir. Azərbaycan ilə Çexiya arasında buistiqamətdə mövcud əlaqələrbirgə istehsalperspektivləri münasibətlərin daha da dərinləşdiyinigöstərir. Azərbaycanın yerli müdafiə sənayesini inkişafetdirmə siyasəti bu sahədə təcrübəli ölkələrləəməkdaşlığı daha da aktuallaşdırırtexnoloji inkişafüçün yeni imkanlar yaradır.

     Ümumilikdə, Azərbaycan–Çexiya münasibətləriartıq sadə diplomatik əlaqələr mərhələsini keçərəkçoxşaxəli strateji əməkdaşlıq səviyyəsinəyüksəlməkdədir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, energetikamüdafiə sahəsində əlaqələr butərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Gələcəkdəyeni layihələrin həyata keçirilməsiinstitusionaləməkdaşlığın genişlənməsi bu münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacaq.

 Xəzər rayonu, 124 nömrəli tam orta məktəbinmüəllimi
Quliyeva Leyla

 

Oxşar Xəbərlər

Back to top button