
Uzaq keçmişdən ortaq tarix, mədəniyyət, ticari əlaqələr və qarşılıqlı dəstək prinsipləri üzərində qurulan, müasir dövrdəstrateji tərəfdaşlıq, hərbi-texniki və enerji sahəsində sıx əməkdaşlıqla xarakterizə olunan Azərbaycan–Ukrayna münasibətləri dərin tarixi köklərə malikdir. Hələ 1164 il əvvəl yaranan Kiyev-Rus dövlətinin hakimiyyəti dövründə Azərbaycan coğrafiyasında yerləşən dövlətlərlə ilkin ticariəlaqələr nəticəsində qurulan bu münasibətlər sonrakı dövrlərdə mədəni münasibətlərin təşəkkül tapmasına və genişlənməsinə zəmin yaradıb.
XIX əsrdə Ukrayna mədəniyyət və elm nümayəndələrinin, alimlərinin Azərbaycana gəlməsi, onların Bakıda, Gəncədə və digər bölgələrdə fəaliyyət göstərməsi, həmçinin, iki xalqın mədəni əlaqələrinin inkişafına verdikləri töhfələr haqqında mənbələrdə kifayət qədər məlumatlar var.
Azərbaycanla Ukrayna arasındakı mədəni-elmi münasibətlər XX əsrdə daha geniş spektri əhatə etməyə başlayıb. Belə ki, I Dünya Müharibəsindən sonra Azərbaycan Demokratik Respublikasının və Ukrayna Demokratik Respublikasının öz müstəqilliklərini elan etməsilə siyasi münasibətlərin əsası qoyulub.
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olduqları dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
O zaman Azərbaycanın ziyalıları Ukraynada fəaliyyət göstərməyə, alimləri ölkənin aparıcı universitetlərində işləməyə başlayıblar. Həmin vaxtdan başlayaraq, azərbaycanlı tələbələrin Ukraynanın nüfuzlu universitetlərində təhsil alması prosesinə start verilib. Azərbaycanlıların Ukraynadakı diasporunun əsası məhz həmin dövrdən qoyulub.
Müstəqillik illərində iki ölkə arasındakı mədəni-elmi əlaqələrin inkişafı istiqamətində vacib sənədlər imzalanıb.Bu dövrdə artıq Azərbaycanda Ukrayna, Ukraynada isə Azərbaycan günlərinin keçirilməsi, hər iki xalqın görkəmli nümayəndələrinin xatirələrinin əbədiləşdirilməsi iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirib. Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, İrpin şəhərində akademik Zərifə xanım Əliyevanın xatirəsinə parkın salınması, Azərbaycanda isə Ukraynanın məşhur yazıçısı Taras Şevçenkonun abidəsinin qoyulması iki ölkə arasındakı qarşılıqlı möhkəm əlaqələrin ifadəsidir.
Bu əlaqələr onilliklər ərzində formalaşmış və hər iki dövlətin çətin tarixi sınaqlardan keçdiyi İkinci Qarabağ müharibəsi və Ukraynadakı cari münaqişə dövrlərində sınaqdan uğurla çıxmışdır.
Azərbaycan və Ukrayna arasındakı iqtisadi və humanitar əməkdaşlıq 2026-cı ildə yeni strateji səviyyəyə yüksəlib. Azərbaycan və Ukrayna arasındakı əlaqələrin güclü siyasi təməli hər iki dövlətin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı sadiqliyinə əsaslanır.
Prezident İlham Əliyevin 2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qəbələdə keçirdiyi görüş zamanı vurğuladığı əsas məqamlar– hər iki ölkənin BMT, ATƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləməsiningöstəricisi olan Beynəlxalq Dəstək, dövlət başçıları arasındakı təmasların müntəzəm xarakter daşıdığı (son dörd il ərzində iki ölkə prezidenti arasında keçirilmiş yeddi görüş) Müntəzəm Siyasi Dialoq, 2022-ci ilin yanvarında Kiyevdə imzalanmış sənədlər və aparılmış fikir mübadilələri vasitəsilə münasibətlərin strateji səviyyəyə qaldırılması ilə formalaşan Strateji Tərəfdaşlıq, Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar yardımlar (enerji avadanlıqları, tibbi ləvazimatlar) və SOCAR-ın bu ölkədəki uğurlu fəaliyyəti siyasi etimadın iqtisadi təzahürüolan Humanitar və İqtisadi Əməkdaşlıq bu təməlin sütunlarını təşkil edir.
Sammit zamanı bu əlaqələrin gələcək inkişafı üçün mühüm razılaşmalar əldə edilib.
İqtisadi Layihələr və İnvestisiyalar
İki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dolları keçib və bu rəqəmin artırılması əsas hədəfdir.
Humanitar Yardım və Sosial Dəstək
Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar yardımın həcmi 45 milyon dolları ötüb.
Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, siyasi etimad və gələcəyə hesablanmış uzunmüddətli strateji baxış üzərində qurulan həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq, möhkəm tərəfdaşlıq modelidir.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Ukrayna münasibətlərinin dinamik inkişaf etdiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün möhkəm əsasların formalaşdığınıgöstərməklə regional və qlobal proseslər fonunda strateji əməkdaşlığın istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsi İlk Partiya Təşkilatının sədri



