Zərifə Əliyevanın Azərbaycan səhiyyə sistemində yeri
İnsan sağlamlığı ilə əlaqəli olduğuna görə, səhiyyə sistemi hər bir ölkə üçün böyük əhəmiyyət kəsb edir. Ölkə əhalisinin sosial həyatının əsas göstəricilərindənbiri yüksək səviyyədə müasir avadanlıqlarla təchizolunmuş tibb xidmətinin hər bir fərd üçün əlçatanolmasıdır. Ölkədə peşəkar həkimlərin olması isə səhiyyə sisteminin əsas keyfiyyət göstəricisidir. Bütün dövrlərdə Azərbaycanın savadlı, peşəkar həkimləri öz xalqınaxidmət etmişdir. Belə həkimlərdən biri də tibb elminininkişafında mühüm rol oynamış görkəmli alim, akademikvə oftalmoloq, unudulmaz Zərifə xanım Əliyevadır.
Zərifə xanımın həyatı elmi fəaliyyət ilə yanaşıyüksək insani keyfiyyətlər, fədakarlıq və vətənə xidmətnümunəsi ilə zəngindir. Azərbaycan səhiyyəsininformalaşması və inkişafında mühüm mərhələlərindənbirini də akademik Zərifə Əliyevanın fəaliyyəti təşkiledir.
Görkəmli dövlət xadimi Əziz Əliyevin ailə üzvü (qızı) olması Zərifə xanımın gələcək fəaliyyətində mühüm rol oynamışdır. Çünki ailə elmə, təhsilə və insanlara xidmətə xüsusi önəm verirdi. Zərifə xanımındünyagörüşünün formalaşmasında, onun məsuliyyətli və məqsədyönlü insan kimi yetişməsində doğulduğu, böyüdüyü mühit böyük rol oynamışdır.
Akademikin yaşadığı dövrdə göz xəstəlikləri geniş yayılmışdı və bu sahədə mütəxəssislərə böyük ehtiyacvar idi. Zərifə xanım bu məsuliyyətli sahəni seçərəkinsanların sağlamlığına daha çox fayda verməyi öz əsasvəzifəsi hesab edərək Azərbaycan Dövlət TibbUniversitetini seçmişdir. Oftalmologiya sahəsini əsasfəaliyyət istiqaməti seçən Zərifə xanım uzun illər ərzində tədqiqatlar aparmış və mühüm nəticələr əldə etmişdir.Onun ən mühüm xidmətlərindən biri traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. Həmin dövrdə traxomaxəstəliyi geniş yayılmışdı (xüsusən kənd yerlərində) və çoxsaylı insanların görmə qabiliyyətinin zəifləməsinə səbəb olmuşdur. Zərifə Əliyevanın ən mühüm və danılmaz xidmətlərindən biri bu xəstəliyə qarşı mübarizə aparması olmuşdur. Akademik bu sahədə apardığıtədqiqatlarla xəstəliyin yayılma mexanizmini öyrənmiş və onun qarşısının alınması üçün effektiv üsullar təklifetmişdir.
Zərifə Əliyeva yalnız mövcud bilikləri tətbiqetməklə kifayətlənməmiş, həm də yeni elmi yanaşmalarirəli sürmüşdür. Onun tədqiqatları aşağıdakı istiqamətləriəhatə edirdi:
Göz xəstəliklərinin erkən diaqnostikası, peşəxəstəliklərinin öyrənilməsi, gözün funksionalpozuntularının araşdırılması, müasir müalicə metodlarının tətbiqi – Zərifə Əliyevanın tədqiqatlarınınəsas istiqamətləri olmuşdur. Onun elmi işləri nəticəsində oftalmologiya sahəsində yeni metodikalar formalaşmışvə bu gün də praktik tibbdə geniş istifadə olunmaqdadır.
Zərifə Əliyevanın çoxsaylı elmi əsərləri,monoqrafiyaları və məqalələri yalnız Azərbaycandadeyil, xarici ölkələrdə də nəşr olunmuşdur. Apardığıtədqiqatlar beynəlxalq elmi ictimaiyyət tərəfindənmaraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Buisə fəaliyyətinin yalnız milli deyil, həm də qlobaləhəmiyyət daşıdığının göstəricisidir. Bir müəllim kimiZərifə xanımın rəhbərliyi altında çoxsaylı həkimləryetişmişdir., Həmin mütəxəssislər Azərbaycansəhiyyəsinin inkişafında mühüm rol oynamışlar. Zərifə Əliyeva həmişə gənclərə məsuliyyətli olmaq, insanlarasevgi ilə yanaşmaq və peşələrinə sadiq qalmaq kimidəyərləri aşılayırdı. Çünki Zərifə xanım tanınmış alimolması ilə bərabər, həm də yüksək mənəviyyata malikinsan idi. O, daima insanlara kömək etməyi həyatınınəsas məqsədi hesab etmişdir.
Zərifə xanım görkəmli dövlət xadimi HeydərƏliyevin həyat yoldaşı olmasına baxmayaraq öz elmifəaliyyətini müstəqil şəkildə qurmuş və böyük uğurlarəldə etmişdir. Onun fəaliyyətinin yüksək səviyyədə və dəyərli olmasının göstəriciləri təltif olunduğu və aldığıbeynəlxalq mükafatlar olmusdur.
Müasir dövrdə də Zərifə xanımın tədqiqatları tibbelminin inkişafında istifadə olunur. Azərbaycanda onunadı ilə bağlı olan tibb müəssisələri və elmi mərkəzlərfəaliyyət göstərir, yəni akademikin elmi irsi bu gün də yaşayır. Onun fəaliyyəti gələcək nəsillər üçün örnəkdir.Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin tarixində daim xüsusi yer tutacaqdır. Allah rəhmət eləsin.
Mətanət Şadlinskaya
Bakı Slavyan Universiteti,
Regionşünaslıq kafedrasının baş müəllimi



