Siyasət

Prezident İlham Əliyev pakistanlı həmkarı Arif Alviyə başsağlığı verib

Prezident İlham Əliyev Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı pakistanlı həmkarı Arif Alviyə başsağlığı verib.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubunda dərin kədərini ifadə edib.

Məktubda deyilir: “Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Oxşar Xəbərlər

Back to top button