
İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edərək Azərbaycanın enerji strategiyası, regional əməkdaşlıq və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr haqqında mühüm fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, son illər ərzində Azərbaycan enerji sahəsində həyata keçirdiyi iri layihələr sayəsində beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.Prezident çıxışında qeyd edib ki, Azərbaycanın təşəbbüsü və tərəfdaş ölkələrin dəstəyi ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi qlobal enerji xəritəsində mühüm yer tutur.
Bu layihə təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyətə malikdir. Dövlət başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bir çox ölkələrin enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir.İlham Əliyev bildirib ki, Azərbaycan qazının Avropa bazarına çatdırılması ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib.
Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinə ixrac olunur və gələcəkdə bu coğrafiyanın daha da genişlənməsi nəzərdə tutulur. Prezident vurğulayıb ki, Azərbaycanın enerji siyasəti qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanır.Dövlət başçısı çıxışında enerji sektorunda yeni istiqamətlərdən biri kimi yaşıl enerjinin inkişafına da xüsusi diqqət yetirib. O bildirib ki, Azərbaycan yalnız ənənəvi enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda bərpa olunan enerji sahəsində də böyük layihələr həyata keçirir.
Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir və ölkənin yaşıl enerji potensialının səmərəli istifadəsi üçün mühüm addımlar atılır.Prezident qeyd edib ki, Azərbaycanın xüsusilə Xəzər dənizi və azad edilmiş ərazilərdə böyük bərpa olunan enerji potensialı mövcuddur. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji sisteminin modernləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına xidmət edir. Bu baxımdan Yaşıl Enerji Məşvərət Şurasının iclası enerji sahəsində yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
İlham Əliyev çıxışında həmçinin vurğulayıb ki, Azərbaycan gələcəkdə Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynamağa hazırdır. Bunun üçün mövcud enerji infrastrukturu genişləndirilir, yeni layihələr planlaşdırılır və tərəfdaş ölkələrlə əməkdaşlıq daha da gücləndirilir. Prezident qeyd edib ki, enerji sahəsində həyata keçirilən layihələr yalnız iqtisadi inkişaf üçün deyil, həm də regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.Sonda dövlət başçısı bildirib ki, Azərbaycanın enerji strategiyası uzunmüddətli planlara əsaslanır və ölkə həm ənənəvi enerji resurslarının, həm də yaşıl enerjinin inkişafı istiqamətində mühüm nəticələr əldə etməyə davam edəcək. Bu siyasət Azərbaycanın beynəlxalq enerji bazarında rolunu daha da gücləndirəcək və ölkənin strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



