AnalitikaGündəmSiyasət

Tarixi kontekstin bədii düşüncədə qadın obrazına təsiri mövcuddur

İstənilən tarixi kontekst bədii düşüncədə öz əksini tapa bilir.Bədii düçüncədə insanı dərk tarixən müxtəlif şəkildə təzahür etmişdir.Buna görə də qadın və onun xarakteri, gözəlliklərinin etik-estetik qavranılmasının prinsipləri  onun mənsub olduğu zamanla, məkanla bağlı ideya-mənəvi görüşlərindən asılı  olaraq dəyişikliklərlə sərgilənməyə başlamışdır. Bu prinsiplər hər bir tarixi dönəmdə  qadını yenidən dərketmə,  duyma və bədii dyərləndirmə əsasında  formalaşmışdır. Qadının etik-estetik dəyəri, bədii funksiyası ədəbiyyatın mərkəzi obrazlarından olan  insana münasibətdə  zəngin məzmunluluq kəsb etməklə yanaşı, qadın özü  seçilən bir poetik obraza çevrilmişdir.Bir obraz kimi ədəbiyyatda  həyati və ilahi məzmun qazanmış qadın çoxçalarlı funksiyaya malik olduğu üçün qadın obrazına  bədii-yaradıcı münasibəti azərbaycan tarixində və ədəbiyyatında bir neçə istiqamətdə qruplaşdırmaq olur.Qadın ulu ana kompleksinin ifadəçisi kimi, qadın əbədi başlanğıca aparan  məşuq kimi, qadın Vətən atributu kimi, qadın xalqın milli-əxlaqi keyfiyyətlərinin daşıyıcısı və qoruyucusu kimi, qadın arxa, ana, həmdəm, bacı, inana xas olan xüsusiyyətlərin daşıyıcısı kimi, qadın sevgili kimi, qadın sosial hüququ və fəallığı olan vətəndaş kimi və s.

Ümumiyyətlə, tarixi ənənələrimizə bağlı olan Azərbycan qadınının məşəqqətli həyatını göstərməyə əhəmiyyətli dönüş ədəbiyyatşünaslıqda XX əsr Azərbaycan  tənqidi realist nəsrinin üzərinə düşmüşdür.Çünki, qadına və ümumiyyətlə, başqa hüquqsuz zümrələrə qarşı da formalaşmış stereotipləri  qırmaq baxımından  XX əsrin başlanğıcı və həmin dövrün əsas ədəbi təmayüllərindən  biri olan tənqidi realizm xalqın ədəbi-tarixi yaddaşında önəmli yer qazanmışdır.Nurillin tənqidi realizmdən bir metod mənasında danışarkən onun cəmiyyəti daha dolğun əks etdirmə imkanlarını göstərir və qeyd edir ki, “Tənqidi realizm  elə bir realizmdir ki,  o, ayrı-ayrı adamların qüsurlarını ifşa etmir, mövcud ictimai qaydaların əsaslarını tənqidə məruz qoyur, ədalətsiz cəmiyyətin təməlini sarsıdır.Qulyayev isə belə qeyd edir ki, “Tənqidi reazlim yaaradıcılıq üsulundan  istifadə edən ədiblər, ancaq insanın  xarici hərəkətlərini təsvir etmir, eyni zamanda onların psixoloji motivlərini  və ən əsası isə onları bu hərəkətlərə məcbur edən ictimai şərtləri göstərirdilər”.Biz də tarixə nəzər saldıqda qadının psixoloji yaşantılarını mövcud ictimai qaydalar və şərtlərin təsiri rakursundan təhlil etdikdə qadın obrazına milli və dini kontekstdə yanaşmamızdan yan keçə bilmirik.Çünki, qadının hüquqlarını buxovlayanlar çox vaxt dinimizə və milli dəyərlərə söykənərək onları öz mənafelərinə uyğunlaşdırırdılar.Çünki, patriaxal aləmdə qadına münasibətdə cəmiyyət formalaşdırdığı normaları dinin adı altında stereotipləşdirirdi. Azərbaycan tarixində Vətən qızının  rolu böyük olsa da yuxarıda sadaladığımız stereotipləşmələr nəticəsində Azərbaycan qadınının aktiv olduğu rolu arxa planda qalmışdır.Uzun illər həyat təcrübəsi istənilən  situasiya üçün adekvat reaksiya və normalar müəyyənləşdirmişdir.Həmin normalar bəzən şüurlu, bəzəndə instinktiv fəaliyyət göstərmişdir. Ümumi mənada isə qadın  qadın tarix boyu etnik-milli düşüncədən çıxış edərək  müəyyənləşdirilmiş  normativlərin birbaşa əsirinə çevrilmişdir.Bu normativlər heç də həmişə milli düşüncəni ifadə etməmişdir.Lakin mühitin  sosial vəziyyəti sanki  normativlərin sifarişçisi rolunu üstünə götürmüş  və milli-dini bazanı  hakim dəyərlərin saxta  müdafiəçisinə  çevirmişdir.Qadının arzu və istəyindən  asılı olmayaraq həyatı stereotip davranış prinsipləri ilə məhdudlaşdırılmışdır. Lakin tarixi ənənələrimizə bağlı olan tənqidi realst poeziyamızda bu tendensiya yeni keyfiyyət dəyişmələri ilə diqqəti cəlb edə bildi.Həmin dövrdə  qadına qarşı dəyişilən maraq  və münasibət bilavasitə  onunla sıx bağlı olan  mövzuların bədii həllinədə köklü təsir edə bildi.Qadını və ona bəslənən münasibətin insanı dəyərləndirmə  vasitəsinə çevrilməsi yaradıcı təfəkkürdə  qadına qarşı dəyişilən  marağın ən xarakterik  cizgilərindən oldu.Tənqidi realist poeziyada  qadının real vəziyyətinin duyumu və görümü M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, C.Cabbarlı kimi şairlərin  yaradıcılığında fərdi üslubi keyfiyyətlər qazanaraq ifadəsini tapdı.Bu əsasən poetik ifadədə qadının lirik “mən” inin açılmasında, təsvir obyektinin ümumiləşdirilərək  əxlaqi mətləblərin ifadəsinə  yönəldilməsində  tənqid yolu ilə  ibrətamiz  məzmun almasında özünü göstərdi.

Bildiyimiz kimi hər dövrdə ədəbiyyatın həyata və obrazlara münasibəti yeni aspektlərlə üzə çıxır. Hər bir millətin özünün arxetip daşıyıcıları olmasına baxmayaraq, onlar dəyişikliyə məruz qala bilir. Azərbaycan ədəbiyyatında da xüsusilə klassik poeziyanın qadını, yəni  dilbəri(məşuq)arxetipi dəyişikliyə məruz qalaraq bir çox ədiblər kimi M.Ə.Sabir yaradıcılığında da dekonstruktiv keyfiyyətlərlə üzə çıxır. Akademik  problemə insan konsepsiyası baxımının  dəyişilməsi kontekstində nəzər sala bilir.Beləliklə demək olur ki, Azərbaycan tarixində rol oynamış Vətən qızı atributu Azərbaycan ədəbiyyatında da özünü tarixi obraz kimi formalaşdıra bilir.

Sədaqət Əsgərova,
Bakı Slavyan Universitetinin dosenti

Oxşar Xəbərlər

Back to top button