
Qadınların tarixdə rolu danılmazdır.Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsindəyaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsindəəsl vətənpərvərlik nümunələri göstərmişdir.Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur.Buna nümunə olaraq Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi lider qadınlarımızı deyə bilərik.
Azərbaycan qadınları Şərqin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyəbaşlamışlar.Onlardan biri də dövrünün tanınmış yazıçı vəjurnalisti Şəfiqə xanım Əfəndizadə olmuşdur.O, Azərbaycan Cümhuriyyəti parlamentinin ilk qadın əməkdaşı və Cənubi Qafqazın ilk qadın jurnalistidir.Eyni zamanda, Cümhuriyyət parlamentində stenoqrafçı kimi işləyərək, orada bütün Azərbaycan qadınlarını təmsil etmişdir
Keçmişimizin unudulmaz səhifələrində görürük ki,möhkəm iradəyə malik qadın ləyaqətini və ağbirçək analarımızın müdrikliyini Azərbaycan xanımlarının simasında görmək mümkündür.Müdrik xanımlarımız dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün dəxalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə edilməsi Azərbaycan qadınının elm, mədəniyyət və digər sahələrdə uğur qazanmasında böyük rol oynamışdır
Azərbaycan tolerant ölkədir, burada insanlara hörmətləyanaşılır və ayrı-seçkilik yoxdur. Konstitusiyasiyaya əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinətəminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinəgətirib çıxarmışdır.
1995-ci ildə dünyanın 189 ölkəsinin iştirakı ilə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyyannaməsi vəFəaliyyət Platforması qəbul edilmişdir. 20 il bundan öncəxalqımızın Ümummilli Lideri Heydər Əliyevin səyi nəticəsindəAzərbaycan Qadınları Pekin Konfransında başda Fatma Abdullazadə olmaqla 25 hökümət və 70 QHT nümayəndəsi iləbirgə yüksək səviyyədə təmsil olunmuşdur.. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi vəFəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir
Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer vermişdir.Onun sayəsində bir çox lider qadınlar yetişmişdir. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.Ulu öndər H.Əliyevinapardığı dövlət qadın siyasətinin davamı olaraq, möhtərəm prezidentimiz İlham Əliyev cənabları mütəmadi olaraq qadınlara xüsusi diqqət , qayğı göstərir, onların əməyini yüksək səviyyədə qiymətləndirir.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmişdir.Ölkəmizin sosial-iqtisadi vəmədəni potensialının artırılması üçün dəyərli töhfələr vermiş bir çox uğurlu qadın vardır.Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış və qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarəolunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.İqtisad elmləri namizədi, dünyada iki qadın gəmi kapitanından biri Şövkət Səlimovanın 1941-45-ci illərdə gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdu.Bundan başqa Smolensk vilayətində böyük və şərəfli döyüş yolu keçmiş “partizan həkimi” ləqəbli Aliyə Rüstəmbəyovanın fəaliyyəti dillər əzbəri olmuşdu.Müharibədə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş Züleyxa Seyidməmmədova 500-dən çox döyüş uçuşu keçirir, Stalinqrada gedərkən Stalini öz hərbi təyyarəsi ilə müşayiət edir.Cəsur qadınlarımız haqqında danışarkən İkinci Dünya müharibəsindəAzərbaycan tarixində, Qafqazda, Cənubi Avropada vəYaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyovanın, təyyarəçilər Ziba Dadaşovanın, ZərifəQasımovanın, baş leytenant Dürrə Məmmədovanın, kəşfiyyatçı Mariya Rzayevanın adlarını çəkməmək olmur. Əsrlər, qərinələr keçir, lakin bu qadınların xidmətləri nəinki unudulmur, hətta gələcək nəsillər üçün örnək olur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdəAzərbaycan qadının nüfuzunu daha yüksəldilməsində böyük rol oynamışdır.Mehriban Əliyevanın humanizm, mərhəmət vənəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar vəçoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.Mehriban xanım Əliyevanın hərtərəfli parlaq siyasəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün qadınlara örnəkdir. O, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki,hərkəsə yardım edir.Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən, keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının başlıca uğurudur.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyi olmuşdur..Birinci Qarabağ müharibəsində 2300 qadın iştirak edib.Onlar müxtəlif vəzifələrdə – tibb bacısı, döyüşçü, köməkçi, şöbə rəisi, rabitə işçisi və aşbaz kimi fəaliyyət göstərib vəVətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətləyerinə yetiriblər.Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament vəbələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəidmanının inkişafına böyük töhfələr verirlər.
Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunmuş,, fərman və sərəncamlar imzalanmış, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının təminatı istiqamətində mühüm amil olmuşdur.Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur
1998-ci ilin 14 yanvarında isə ulu öndər Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il, eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir.Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin artıq yetkinləşməsi və gerçəkləşməsi tələbatı olmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi yüksək qiymətləndirilir
8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər/Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.
Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisin sədri Sahibə Əli qızı Qafarovadır
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə həyata keçirilir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.
Ölkə qadınları bu gün cəmiyyətin bərabərhüquqlu üzvü kimi hüquqlarını qorumağa, problemlərini həll etməyə qadirdir. Bu gün qadınlarımız təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalararası mədəni dialoqun qurulmasında mühüm rol oynayır.
Həsənsoy Zamirə
Xəzər rayonu,292 nömrəli tam orta məktəbin müəllimi



