
Dünya və o cümlədən Azərbaycan tarixində bir çox qətliyamlar, faciələr, vəhşiliklər törədilmişdir. Son 100 il çərçivəsində isə böyük iki hadisə I və II dünya müharibələri ən böyük faciələrə ev sahibliyi etmişdir, lakin dünya müharibələrində qətliyamların baş verməsi qaçınılmazdır. İki böyük dünya müharibəsini bir kənara qoysaq bəlkə də son 100 ildə baş vermiş ən böyük faciə 1992-ci ildə Xocalıda baş vermişdir.
Torpaqlarımızda tarix boyu qan tökülmüş və günahsız insanlar qətlə
yetirilmişdi, lakin tarix kitablarında yazılmamışdır ki hansı bir xalq hətta ən barbar sayılan Monqollar belə uşaqları və günahsız insanları qətlə yetirsin. Hətta tarixi məlumatlarda qeyd edilir ki Monqollar Təbriz və Gəncə ərazisində yalnız onlarla mübarizə aparan qüvvələri məhv etmişdir yerli əhalidən heç bir şəxsə toxunulmamışdır.
1992-ci ildə isə illərdir birlikdə yaşadığımız qazan və qapaq misalı olduğumuz qonşu xalq ermənilər tərəfindən vəhşicəsinə xəyanətə və faciəyə məruz qaldıq. Biz Xocalıda 63-ü uşaq 106-sı qadın olmaqla 613 can itirdik. Bəli bir torpağı işğal edərsən əlbəttə güclüsənsə, lakin işğal etdiyin torpağı abad etmək əvəzinə məhv edərsənsə o zaman bu torpaq bir gün gələr səni geri qusar. O torpağı qanla əkib becərsən o qan bir gün əlbəttə ətrafa ölüm meyvələrini səpəcəkdir.
Fikrimcə Ermənistan qüvvələrinin Xocalıda bu dərəcə böyük qətliyam törətmələrinin səbəbi Azərbaycan hökumətinə vermək istədikləri bir mesaj idi. Xocalı strateji cəhətdən əhəmiyyətli bir bölgədir, çünki ərazisində yerləşən hava limanı vasitəsilə Azərbaycan respublikasının dağlıq Qarabağa edəcəyi hava dəstəkləri üçün çox vacibidir. Erməni silahlı qüvvələri bu amili nəzərə alıb yüksək ölçüdə Xocalı hücumuna xüsusi yanaşırdılar. Xocalının alınması digər ətraf rayonlarda çox böyük ruh düşkünlüyü yaşadacağı və əlavə olaraq müharibə müddətində misli görülməmiş bir qətliyam törədilməsi bu ruh
düşkünlüyünü artıq tamamı ilə ümidsizliyə dönüşdürəcəyini çox yaxşı anlamışdırlar. Bunun üçündə Xocalı dəyəri ölçülməz bir qənimət idi.
Bu qətliyamın qisasını almaq üçün düz 31 il gözlədik. Nəhayət 2023-cü ilin 19
sentyabrında antiteror əməliyyatı nəticəsində Xocalımız Erməni
seperatçılarından təmizləndi.
İndi isə mən Xocalı faciəsinin dünya nisbətində aydınladılmasına toxunmaq istəyirəm. Düzdür biz hökumətlər nəzdində bir çox dövlətin bu faciəni
tanımasına nail olmuşuq, lakin hökumətlər daimi deyildir. Bu gün iqtidarda olan sabah dəyişə bilər və yeni gələn hökumət kabinetinin bu faciə haqqında görüşü fərqli ola bilər. Bunun üçün biz çalışmalıyıq ki Xocalı faciəsini hökumətlər nəzdindən əlavə daha çox ölkələrin sıravi vətəndaşları arasında məşhurlaşdıraq. Baxın bu bir dəyərdir. Sizi sevən bir xalq sizə sizin məruz qaldığınız mənfiliklərdən ötrü yaxınlaşan bir xalq bir dəyərdir.
Bəs biz bunu necə edə bilərik?
Hər hansı bir Avropa ölkəsində səfirliyin önündə və ya hansısa bir meydanda
plakatlar qoyub məlumat tabloları yerləşdirməkmi? Xeyr!
Bu heç bir diqqət cəlb edə bilməyəcəkdir. Çünki Avropada məsələn Polşa II dünya müharibəsində 6 milyon vətəndaşını yəni əhalisinin 17%-i itirən bir ölkə üçün yanlış anlamayın 613 nəfərin şəhid olduğu Xocalı faciəsi nə dərəcə maraqlı olacaqdır? Eyni ilə digər ölkələrdə buna daxil.
Biz elə etməliyik ki aşılamaq istədiyimiz məlumat həmin xalqın beyninə öz faciəsi kimi həkk olunsun. Bunu da həmin xalqın başına gəlmiş faciələr ilə sintez formasında etmək lazımdır.
Məsələn: Holokost qətliamı – Almanlar tərəfindən yəhudilərə qarşı sistemli bir şəkildə həyata keçirilmiş bir qətliamdır. 6 milyon yəhudinin ölümünə gətirib
çıxarmışdır. Araşdırılma aparılsın yəhudilərin üstünlük təşkil etdiyi və ya yəhudi lobbisinin güclü təsiri olduğu ölkələr müəyyən edilsin daha sonra “Holokost və Xocalı faciəsi” adlı bir tədbir təşkil olunsun. Bu ölkələrə misal ABŞ və ya inkişaf etmiş qərbi Avropa ölkələri əsasən İngiltərə ola bilər. Bu
eyni ilə sosial platformalarda da yüksək səviyyədə tətbiq olunsun. Hətta “X” və “İnstagram” kimi aktual olan sosial şəbəkələrdə eyni adlı bir hashtag yaradılsın və hər postun altından minlərcə on minlərcə yazılaraq məlumatı qlobal olaraq hərkəsə çatdırmağa nail olmuş olaq. Bu zaman insanlar həm öz xalqının başına gəlmiş faciəni bir daha xatırlayacaq həmdə özlərinə yaxın olan deyimi doğrudursa “faciə dostu” olan digər yəni bizim xalqımızın tarixini mənimsəyib bizə qarşı simpatiya duyacaqlardır. Bununla biz Xocalı faciəsini həm başa millətlərə çatdırmış olacağıq həm də Ermənilərin dünya nüfuzunda mövqeyini daha da sarmış olacağıq.
Nihat Rzayev,
Bakı Slavyan Universitetinin tələbəsi



