Siyasət

Ərdoğan: Türk respublikaları ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdiririk və etdirəcəyik

Türk respublikaları ilə əlaqələrimiz hər keçən gün daha da güclənir. Biz başda Azərbaycan olmaqla, heç bir ölkəni tək buraxmadıq və buraxmayacağıq.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə deyib.

“Türk respublikalarının – Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan – hamısı ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdiririk və etdirəcəyik. Təbii ki, təkcə Türk respublikaları deyil, eyni zamanda, xüsusilə Liviya ilə əlaqələrdə də eyni qərarlılıqla onların firavanlığı üçün əlimizdən gələni edirik”, – deyə Ərdoğan bildirib.

Oxşar Xəbərlər

Back to top button