AnalitikaGündəmSiyasət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Globalnews.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, R.İsmayılov bu təyinatadək ekologiya və təbii sərvətlər nazirinin I müavini vəzifəsində çalışırdı.

Məlumat üçün bildirək ki, eks-nazir Muxtar Babayev ötən il fevralın 5-də vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Həmin vəzifə bu günə qədər boş idi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button