Siyasət

XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb 

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

 Hazırda bu xain hücum üzrə araşdırma gedir.

 Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 Allah şəhidimizə rəhmət eləsin!

Oxşar Xəbərlər

Back to top button