AnalitikaGündəmSiyasət

Qalib Xalqın Qalib Lideri!

Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bütöv bir xalqın taleyi ilə sıx bağlı olur. Belə liderlər yalnız dövrün tələblərinə cavab vermir, eyni zamanda xalqının gələcəyini formalaşdırır. Azərbaycan xalqının müasir tarixində bu missiyanı yerinə yetirən lider Prezident İlham Əliyevdir. Onun adı bu gün Qalib Xalqın Qalib Lideri kimi tarixə yazılıb.
İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan güclü, müstəqil və öz milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Dövlət idarəçiliyində ardıcıl siyasət, milli maraqlara söykənən strategiya və xalqla sıx əlaqə onun liderlik üslubunun əsas xüsusiyyətləridir.

Bu yanaşma cəmiyyətdə birliyi möhkəmləndirmiş, xalq–lider vəhdətini daha da gücləndirmişdir. Qalib xalq anlayışı ilk növbədə öz liderinə inanan, onun ətrafında birləşən xalq deməkdir. İlham Əliyev bu etimadı konkret addımları və qərarları ilə qazanmışdır. Onun qətiyyəti, prinsipial mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, dövlətçiliyin möhkəmlənməsinə şərait yaratmışdır.

İlham Əliyev yalnız siyasi rəhbər deyil, eyni zamanda milli ruhun daşıyıcısıdır. O, xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini daim ön planda saxlayır. Dövlətçilik ideyalarının gənc nəsilə aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi onun siyasətinin mühüm istiqamətlərindəndir.

Qazanılan zəfərlərimiz isə təsadüf deyil. Qələbə güclü ordu, möhkəm iqtisadiyyat, milli birlik və qətiyyətli liderliyin nəticəsidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz gücünə inanaraq tarixi uğurlara imza atmış, qalib xalq olduğunu sübut etmişdir. Bu qələbə təkcə hərbi və siyasi deyil, həm də mənəvi qələbədir.

Xalqın iradəsinə söykənən, milli maraqları daim uca tutan belə liderlər tarixdə silinməz iz qoyur. Prezident İlham Əliyev öz ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edir, gecə-gündüz yorulmaq bilmədən Ali kürsüsündə Ali vətəndaş kimi xidmət edir. Bu, onun tükənməz millət sevgisinin nümunəsidir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button