Siyasət
Prezident Şəhidlər xiyabanını ziyarət etdi
Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.