AnalitikaGündəmSiyasət

İlham Əliyevin Özbəkistan Televiziyasına Müsahibəsində Qardaşlıq və Strateji Əməkdaşlıq Mesajı

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan televiziyasına verdiyi müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, Özbəkistanı Azərbaycanın “qardaş ölkə” və “etibarlı tərəfdaş” adlandıraraq qeyd edib ki, iki xalq arasında tarixi, mədəni və mənəvi bağlar çox güclüdür.

Prezident bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq da sürətlə genişlənir. Hazırda Azərbaycanda onlarla özbək şirkəti fəaliyyət göstərir, ticarət dövriyyəsi isə ilbəil artır. O, bu artımın həm də gələcəkdə birgə layihələrin çoxalmasına şərait yaradacağını vurğulayıb.

İlham Əliyev müsahibədə Özbəkistanın Qarabağın bərpasına göstərdiyi dəstəyə görə təşəkkür edib. Xüsusilə Füzulidə Mirzo Ulugbek adına məktəbin tikintisinin iki ölkə arasında dostluğun real nümunəsi olduğunu deyib.

Prezident qeyd edib ki, Azərbaycan və Özbəkistan yalnız iqtisadi sahədə deyil, həm də mədəni, humanitar və media istiqamətlərində fəal əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləmələri bu münasibətləri daha da möhkəmləndirir.

Müsahibənin sonunda o, Özbəkistana gələcək səfərlərin və yeni təşəbbüslərin iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcəyinə əmin olduğunu bildirib.

Elzanə İbrahimova,
Yap’ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button